“JW Wedding Studio”nun açılış mərasimi keçirildi
JW Marriott Absheron Baku Oteli “JW Wedding Studio” Toy şousunun təntənəli açılış mərasimini keçirib. Açılışda toyların planlaşdırılması və təşkili ilə bilavasitə əlaqəsi olan dost və partnyorlar iştirak edib. Tədbir Azərbaycanda toy bazarının inkişafına yönəlmiş layihələrə həsr olunub. Canlı musiqi ilə qarşılanan qonaqlara şampan və yüngün qəlyanaltılar təklif olunub.
Tədbir çərçivəsində qonaqlara yeni vebsayt kimi işləmələr, otel və partnyorlardan eksklüziv təklifləri olan loyallıq proqramı kimi özündə ehtiva edən toy proyektləri haqqında təqdimat nümayiş etdirilib.
Bundan sonra “JW Wedding Studio”da öz həyatının vacib hadisəsini planlaşdıran bəy və gəlinlərin JW Marriott Absheron Baku Oteli təmtəraqlı məkanı olacaq. Burada onlar təntənəli tədbirdən əvvəl, təbdirdə və tədbirdən sonra otelin təklif etdiyi xidmətlər və partnyorlarla tanış ola biləcəklər. JW Marriott Absheron Baku Oteli Bakıda toyların təşkilinə bu dəfə də yüksək klas və innovativ yanaşma nümayiş etdirdi. Məhz bununla JW Marriott otellər şəbəkəsi məşhurdur.
Frame.az