EventsIqtisadiyyatTəqdimatƏn SonƏn Son

Təlim keçən daha 60 süni mayalanma mütəxəssisi fermerlərə xidmətə hazırdır

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində süni mayalanma mütəxəssiləri üçün təşkil edilən təlimlər sona çatıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə FAO tərəfindən həyata keçirilən“Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutan 5 təlim sessiyasında 60 nəfər mütəxəssis FAO-nun yerli və beynəlxalq ekspertləri tərəfindən təlimləndirilib, təlimi uğurla keçən şəxslər sertifikat və müvafiq avadanlıqlarla təmin olunublar. Layihə, həmçinin Respublika Süni Mayalanma Mərkəzinin bu sahədəki maddi-texniki bazasının gücləndirilməsinə də dəstək verib.

Kənd Təsərrüfatı Nazirliyinin, AKİA-nın, FAO-nun və Mərkəzin nümayəndələri təlimlərin bağlanış mərasimində təlimi uğurla başa vuran mütəxəssislərə sertifikat və müvafiq süni mayalanma avadanlıqlarını təqdim ediblər. “Bu sertifikat və avadanlıqlar yeni mütəxəssislərin fasiləsiz və səmərəli fəaliyyətlərini təmin edəcək” – deyə tədbirdə AKİA-nın sədr müavini Leyla Məmmədova bildirib.

Qeyd edilib ki, təlimi uğurla keçmiş məzunlar hazırda ölkənin bir çox regionlarında öz fəaliyyətlərini davam etdirirlər və mütəmadi olaraq onların peşəkarlıq bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu da ölkədə süni mayalandırma mütəxəssislərinin sayının artırılması ilə ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlığın inkişafına, ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, ölkədə aqrar sahənin məşğulluğun payının artırılmasında mühim rol oynayacaq.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!