Kəmaləddin Heydərov taekvondo üzrə dünya çempionatında idmançıları mükafatlandırıb
Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov taekvondo üzrə dünya çempionatında mükafatçılara medallarını təqdim edib. Daha sonra medalların təqdim olunmasına Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu davam edib. Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, dövlət rəsmiləri mundialın 6-cı günündə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax ilə görüşüb. Qurumun rəhbəri Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib. Növbəti yarış günündə isə Azərbaycanın qalib gəlməsini arzulayıb.
Xatırladaq ki, 26-cı dəfə təşkil olunan yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. 145 ölkədən 1000-ə qədər idmançının qeydiyyatdan keçdiyi mundial səbəbilə 3 mindən artıq şəxs şəhərimizə qonaq olub. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda baş tutur.