Frame LifeSosialTəqdimat

Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib

Xəbər verdiyimiz kimi, Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Memorandum çərçivəsində ilk layihə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyasıdır. Kampaniyanın kreativ tərəfdaşı Endorphin reklam agentliyidir.

Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq. Bununla bağlı regionlarda sorğu keçirilib (https://www.youtube.com/watch?v=QBtbZTZNfUc). Video çarxda insanların verdiyi cavablar həqiqətən də bu problemin kökünün cəmiyyətin düşüncəsində necə kök saldığını göstərir.

Yuxarıda sadalananlardan əlavə olaraq kampaniyanın əsas vizualları maraq kəsb edir. Kölgədə qız uşaqları olmasına baxmayaraq əsas görünən hissədə onların yoxluğu insanın emosiolarına toxunur və problemin dərin mahiyyətini izah edir.Həmçinin www.itirdiyimizqizlar.azsaytı bir sıra statistik göstəriciləri özündə əks etdirir.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda doğulan uşaqların cins nisbəti bioloji normaya uyğun idi.  Dövlət Statistika Komitəsinin məlumatına görə, sonradan bu nisbət 1990-cı ildə hər 100 qız uşağına 107 oğlan, 2003-cü ildə isə hər 100 qız uşağına 118 oğlana qədər artmışdır. 2015-2017-ci illərdə isə bu göstərici bir qədər azalaraq 114-ə enmişdir. Oğlan uşaqlarına üstünlüyün verilməsi Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrin səciyyəvi komponentidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!