Kartmane ilə bütün turizm agentlikləri və hotellərdə 10% keşbek!
Turizm mövsümünün qaynar çağında Kartmanedən də qaynar fürsətlər özünü çox gözlətmədi!
Avqustun 1-dən etibarən Kartmane ilə ölkənin, eləcə də dünyanın istənilən turizm agentliyi və hotellərində ödənişlər keşbek qazandıracaq! Belə ki, əgər Rabita Mobile tətbiqində Kartmane üçün seçdiyiniz keşbek növü “YDM&Restoranlar” və ya “Marketlər&Restoranlar” olarsa, 10% keşbek, “Bütün ödənişlərə” olarsa, kampaniya müddəti boyunca 3% keşbek qazanacaqlar. “YDM&Restoranlar” və “Marketlər&Restoranlar” keşbek növləri üzrə aylıq minimal 800 AZN dövriyə tələbi yerinə yetirilməlidir.
Kampaniya dövrü ərzində Kartmane ilə müştərilər xarici valyuta üzrə tur şirkətləri və otellərdə 0.5% deyil, 1.5% keşbek qazanacaqlar.
Keşbek növlərinin digər şərtləri isə olduğu kimi qalır. “YDM&Restoranlar” və “Marketlər&Restoranlar” keşbek növləri üzrə kampaniyadan ay ərzində maksimal 50 AZN, “Bütün ödənişlərə” keşbek növü üzəri isə aylıq maksimal 200 AZN keşbek qazanıla bilər. Keşbek növünü dəyişmək üçün Rabita Mobilə tətbiqindən istifadə edin. İlk dəfə keşbek növü dəyişmək ödənişsiz, digər cəhdlərdə isə 4.99 AZN təşkil edəcək.
Kampaniya 30 sentyabradək davam edəcək.
Ətraflı məlumat üçün 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Kartmane ilə həmişə gəzməklərdə!