Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Kaspersky-nin məlumatına görə*, 2020-ci ildə dünyada təxminən 54,000 istifadəçi “stalker” proqramları ilə qarşılaşıb. “Stalker” proqramları sahibinin icazəsi olmadan cihazlarda istifadəsi bir çox olkələrdə qanun pozuntusu hesab edilən və və cinayət məsuliyyəti yaradan izləmə proqramlarıdır.
İstifadəçilərin bu tip proqramla ən çox qarşılaşdıqları ölkələr arasında birinci yerdə Rusiya dayanır. İkinci yerdə Braziliya, daha sonra isə ABŞ gəlir, ilk beşliyi Hindistan və Meksika tamamlayır.
“Pandemiya dövründə cihazında “stalker” proqramı tapılan istifadəçilərin sayı azalıb. İnsanlar evdə daha çox vaxt keçirməyə başlayıblar və izləmə vasitələrinin əhəmiyyəti bir qədər azalıb. Ancaq bu təhdidi gözdən kənara qoymaq olmaz. Dünya adəti rejiminə qayıdan kimi “stalker” proqramlarının yayılma sürəti yenidən arta bilər,” deyə Kaspersky-nin mobil təhdidlər üzrə tədqiqatçısı Viktor Çebışev bildirib. “Bu cür proqramla qarşılaşma riskini texniki olaraq necə azalda biləcəyinizi xatırlatmaq istəyirik. Əvvəlcə hər bir rəqəmsal cihazınız üçün mürəkkəb və fərqli şifrələr yaratmalı və mümkünsə onları heç kimlə bölüşməməlisiniz, eyni zamanda naməlum mənbələrdən tətbiqlər quraşdırmağı məhdudlaşdırmalısınız. Cihazda “stalker” proqramı quraşdırıldığı təqdirdə istifadəçini xəbərdar etməyə imkan verən Android üçün Kaspersky Internet Security kimi təhlükəsizlik həlləri də mövcuddur.”
2020-ci ildə Kaspersky təcavüz və məişət zorakılığı qurbanlarına kömək edən qeyri-kommersiya təşkilatlarına kömək məqsədilə TinyCheck proqram həllini hazırlayıb. O, smartfona deyil, ayrıca bir cihaza – Raspberry Pi mikrokompüterinə quraşdırılır: bu, izlənmənin təşəbbüskarının yoxlanma haqqında məlumat almasına imkan verməmək üçün edilir. Bu ayrıca cihazı Wi-Fi-yə qoşulmuş ruter ilə cihaz arasında vasitəçi rolunu oynayacaq şəkildə quraşdırmaq lazımdır. Ondan sonra TinyCheck göndərilən internet trafikini yoxlaya, onu real vaxt rejimində analiz edə və “stalker” proqramı hazırlayanlara nəzarət mərkəzlərinə qoşulmaları tanıya bilər. Trafikin təhlili təxminən 15 dəqiqə çəkir.
İzləmə proqramının istifadə edildiyi zorakılıq və təqib hallarına qarşı mübarizə aparmaq üçün 2019-cu ilin noyabrında Stalker Proqramları ilə Mübarizə koalisiyası yaradıldı. Hazırda Kaspersky-dən başqa, informasiya təhlükəsizliyi sahəsində həll istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də olmaqla 30-dan çox təşkilat bu koalisiyaya daxildir. Problemin qlobal sosial əhəmiyyətini və bu cür proqramların yeni nümunələrinin müntəzəm olaraq ortaya çıxmasını nəzərə alaraq, Stalke Proqramları ilə Mübarizə Koalisiyası yeni ortaqlıqlara açıqdır və müxtəlif təşkilatları əməkdaşlığa çağırır. Məlumatlar hazırda İngilis, Fransız, İtalyan, İspan, Alman və Portuqal dillərində http://www.stopstalkerware.org/saytında mövcuddur.
*Anonimləşdirilmiş məlumatlar 2020-ci il ərzində Kaspersky qoruma komponentlərinə edilmiş geri dönüşlər əasaında əldə edilmişdir.