Mobil dünyaTəqdimat

Kaspersky “AV-Comparatives” tərəfindən keçirilmiş sınaqda ardıcıl üçüncü dəfə “Strateji Lider” statusunu əldə edib

“Kaspersky EDR Expert” həlli “AV-Comparatives” tərəfindən “Endpoint Prevention and Response (EPR)” (Son Nöqtələrin Mühafizəsi) sınağının nəticələri əsasında ardıcıl üçüncü dəfə “Startegic Leader” (Strateji Lider) statusunu əldə edib. Bu, məhsulun aşağı yalnış pozitiv nisbətləri və həllə çəkilən yekun aşağı xərclərlə insidentlərin qarşısının alınması və reaksiyasının yüksək səviyyəsini təmin etdiyini təsdiqləyir.

“AV-Comparatives”-in sınağı 12 təhlükəsizlik həllini əhatə edib. Onların effektivliyini yoxlamaq üçün 50 müxtəlif hədəfli hücum ssenarisindən istifadə edilib. Həlllər aşağıdakı ölçülərə əsasən qiymətləndirilib: aktiv cavab (Prevention), passiv cavab (Detection), yalnış pozitivlərə cavab vermə xərcləri (Operational Accuracy Costs) və həllin işi ilə bağlı iş prosesində yaranan gecikmələrin səbəb olduğu xərcləri (Workflow Delay Costs).

“Kaspersky EDR Expert” həlli 50 hücum ssenarisinin hamısını 100% dəqiqliklə aşkar edərək qarşısını alıb və hadisələrin qarşısının alınması və onlara reaksiya verilməsində ən yüksək ümumi məhsul effektivliyini nümayiş etdirən azsaylı həllərdən biri olub – 99,3%. Sınaq göstərib ki, məhsul heç bir şəkildə biznes proseslərinə müdaxilə etmir – istifadəçilər məhsul hadisələri izləməyə və təhlil etməyə davam edərkən işləyə bilərlər. “Kaspersky EDR Expert” həlli də ən aşağı ümumi mülkiyyət dəyəri (Total Cost of Ownership) olan məhsulların siyahısına daxil edilib.

“Ardıcıl üçüncü ildir ki, ‘Strateji Lider’ statusunu almağımız onu göstərir ki, biz davamlı olaraq yüksək keyfiyyətli təhlükəsizlik həlləri təqdim edirik. Müştərilərimizə yalnız təhdidlərin aşkarlanması və cavab vermək üçün üstün imkanları təqdim etmir, həm də onların iş proseslərinin ləngimədən rəvan işləməsini təmin etmək üçün texnologiyalarımızı daim təkmilləşdiririk. Səylərimizin müstəqil sınaqdan yüksək qiymətləndirilməsindən qürur duyuruq”, – deyə Kaspersky-nin təhdidlərin araşdırılması departamentinin rəhbəri Aleksandr Liskin bildirib.

“Kaspersky bizim EPR testlərimizdə müntəzəm olaraq yüksək nəticələr göstərir. Bütün ssenarilərdə ‘Kaspersky EDR Expert’ həlli təhdidlərin aşkarlanması və qarşısının alınması üçün ən effektiv həllərdən biri olduğunu sübut edib. Biz şirkəti kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruması münasibətilə təbrik edirik”, – deyə “AV-Comparatives” şirkətinin təsisçisi və baş direktoru Andreas Klementi qeyd edib.

2025-ci ildə “Kaspersky Next EDR Expert” həlli (tərkibinə Rusiya bazarında təqdim olunan “Kaspersky EDR Expert” məhsulu daxildir) sınaqdan keçməyə davam edir və artıq “EDR Detection Validation Certification test 2025” sınağında AV-Comparatives tərəfindən “Sertifikatlaşdırılmış” statusuna layiq görülüb.

“AV-Comparatives” tərəfindən keçirilmiş “2024 Endpoint Prevention and Response Test” sınağının tam nəticələrini burada görə bilərsiniz. “Kaspersky EDR Expert” haqqında ətraflı məlumatı rəsmi internet saytında oxuya bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!