“Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb
Kaspersky insidentlərin monitorinqi üçün nəzərdə tutulan Kaspersky Managed Detection and Response həllinə görə Gartner Peer Insights reytinqində müştərilərdən ən yüksək qiyməti alıb.
Şirkət 33 təsdiqlənmiş rəy üzrə 5 mümkün baldan 5 bal əldə edib, yəni müştərilərin 100%-i onun xidmətini tövsiyə etməyə hazırdır. Rəylər dünya üzrə müxtəlif sahələr, o cümlədən, dövlət müəssisələri, xidmət şirkətləri, maliyyə təşkilatları, istehsalat müəssisələri, səhiyyə təşkilatlarında çalışan mütəxəssislər tərəfindən bildirilib.
Kaspersky-nin həllinin müştərilər tərəfindən qeyd edilən əsas üstünlüyü günboyu iş rejimi, şirkətin əməkdaşlarının kibertəhdidlərdən müdafiə sahəsində yükək təcrübəsi və biliyi, xidmətin etibarlı və rahat istifadəsi olub. Xidmət maşın öyrənmə mühərriki də daxil olmaqla, aşkarlama texnologiyalarını və şirkətin istənilən mürəkkəblikdə təhdidin aktiv şəkildə axtarışı və aradan qaldırılması sahəsində geniş təcrübəsini bir araya gətirir.
Bəzi rəyləri nəzərinizə çatdırırıq:
“Kaspersky hərtərəfli dəstək göstərir, şirkətin mütəxəssisləri hər zaman kömək etməyə can atırlar. Xidmətdən iki ilə yaxındır ki, istifadə edirik və hər dəfəsində onun doğru seçim olduğundan əmin oluruq”, – səhiyyə sahəsində kibertəhlükəsizlik və risklərin idarəedilməsi üzrə mütəxəssis.
“Biz şirkətdə təhlükəsizlik səviyyəsini artırmaq və kiberhücumlara cavab tədbirləri zamanı peşəkar yardım almaq üçün Kaspersky MDR-ni seçmişik. Aktiv fəaliyyət tələb etməyən bir neçə kiçik insidentlə qarşılaşmışıq (bunlar elektron məktublardakı təhlükəli əlavələr idi). Amma qurğulardan birinin yoluxduğundanşübhələndiyimiz zaman Kaspersky-nin mütəxəssisi bizə zəng edərək, nəticələri minimuma endirmək üçün məhz hansı addımları atmalı olduğumuzu söylədi. Həqiqi bir hücum zamanı zərəri azaltmaq üçün təcrübəli bir mütəxəssisin köməyi əvəzolunmaz və vacibdir. Biz məhsuldan çox razıyıq və özümüzü istənilən hücumu dəf etməyə hazır hiss edirik”, – istehsalat şirkətində sistem administratoru.
“Məhsul sayəsində iş yükünü daxili informasiya təhlükəsizliyi mütəxəssisləri və Kaspersky əməkdaşları arasında bölüşdürə bilirik. Nəticədə şirkət daxilində ən vacib vəzifələri həll etmək üçün imkanlarımızı daha effektiv şəkildə əlaqələndirə bilirik”, – dövlət qurumunda kibertəhlükəsizlik və risklərin idarə edilməsi üzrə mütəxəssis.
“Kaspersky Managed Detection and Response xidmətini yüksək qiymətləndirdiklərinə görə istifadəçilərə minnətdarıq və söz veririk ki, məhsulumuzun yüksək keyfiyyətini qoruyub saxlayacaq və onun təkmilləşdirilməsi üzərində işləyəcəyik. Biz hər şeyi edirik ki, müştərilərimiz diqqətlərini biznesin inkişafına yönəltsinlər, kiberhücumların dəf edilməsini isə biz öz üzərimizə götürürük”, -Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edib.