Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır
Kaspersky-nin apardığı beynəlxalq sorğuya görə*, söhbət tanışlıq tətbiqlərindən düşəndə, istifadəçilərin 44%-i yeni sevgi tanışlığı üçün maşın öyrənmə alqoritmlərinə etibaredir. Yarısından çoxu texnologiyanın bu işin öhdəsindən əla şəkildə gəldiyinə və onların seçimlərini tam olaraq nəzərə aldığına inanır (64%). Respondentlərin 54%-i düşünür ki, onlayn tanışlıq xidmətləri ümumilikdə uyğun əks cinsin tapılmasını asanlaşdırır. Sorğuya cəlb edilənlərin müəyyən bir hissəsi isə (43%) yalnız bu cür xidmətlərin alqoritmlərinin onlar üçün seçdiyi şəxslərlə canlı görüşə hazırdır.
Buna baxmayaraq, 56% istifadəçi texnologiyanın insanlar arasında bir-birinə marağın yaranmasına təsir edən amillərin bütün çətinliklərini nəzərə alacağından əmin deyil. 39% isə alqoritmlər əsasında sevgi tanışlıqları axtarışını tanışlığı və insanlar arasındakı münasibətləri insani hisslərdən məhrum edən (dehumanizing) qeyri-təbii proses hesab edir.
“Bir çox istifadəçi tanışlıq tətbiqlərində maşın öyrənmə alqoritmlərinin istifadəsinə yaxşı baxır və uyğun əks cinsin tapılması prosesində ona bir köməkçi kimi etibar etməyə hazırdır. Yeni texnologiyalar, həqiqətən də onlayn tanışlıq üçün böyük imkanlar açır, lakin onlardan istifadə edərkən şəxsi məlumatların qorunmasını unutmamaq və yoxlanılmamış istifadəçilərlə ünsiyyət zamanı sayıqlığı əldən verməmək lazımdır,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
* Onlayn tanışlıq xidmətləri istifadəçiləri arasındakı sorğu Kaspersky-nin sifarişilə 2021-ci ilin iyun ayında Sapio agentliyi tərəfindən həyata keçirilib. Sorğuda dünya üzrə18 mindən çox respondent iştirak edib.