Mobil dünyaTəqdimat

“Kaspersky Lab”: Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72% -dən  0.85%-ə qədər artıb.

Aprel-iyun aylarında bu istiqamətdə  MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl  buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir.

Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə  hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.

“İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan “GandCrab”ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. “GandCrab” proqramı  şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər “qazandıqları” üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki,  “GandCrab”ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək.  İstifadəçilərə xatırladırıq ki,  cihazlardakı proqram təminatını  mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır”, – bunu “Kaspersky Lab” şirkətinin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib.

Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün “Kaspersky Lab” bunları tövsiyə edir:

əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və “patch”-ları vaxtında quraşdırın;

etibarlı qoruyucu həllər istifadə edin;

faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin və ya şifrələmə açarını https://noransom.kaspersky.ru/ saytından tapmağa çalışın.

Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın.

2019-cu ilin ikinci rübü üzrə informasiya təhdidlərinin inkişafı barədə məlumatları linkə daxil olaraq əldə edə bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q2-2019-statistics/94476/.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!