“Kaspersky Lab” ev heyvanlarına aid qacetlərdən istifadənin nəyə səbəb ola biləcəyini araşdırıb
“Kaspersky Lab”ın tədqiqatına* əsasən, orta hesabla ev heyvanları saxlayanların hər beşincisi heyvanların qayğısına qalmağına dair elektron qacet istifadəçisidir. Bu, veb-kameralar, avtomatik yem qutuları və təknələr, elektron oyuncaqlar, smartfon və planşetlər üçün oyunlar, akvariumlar üçün temperatur sensorları və s. ola bilər. Bununla belə, respondentlərin yarısı sözügedən avadanlıqlardan istifadə zamanı hər hansı problemlə rastlaşdıqlarını etiraf ediblər. Bundan başqa, sorğu iştirakçılarının 35%-i bildirib ki, qacetlərdən istifadə ev heyvanları və ya özlərinə müəyyən risklər yaradıb.
Elektron avadanlığın yanlış işləməsi nəticəsində əksər hallarda (34%) heyvanların sağlamlığını təhlükə altında olub. Praktik olaraq hər dördüncü hadisə (23%) zamanı heyvanın həyatı, hər beşinci hadisə (18%) zamanı isə onun emosional vəziyyəti riskə məruz qalıb. Bununla yanaşı, respondentlərin üçdə bi hissəsi (31%) bildirib ki, qacetlərlə bağlı xoşagəlməz hallar onlara və ya onların yaxınlarına stress yaşadıb.
Tədqiqat zamanı həmçinin məlum olub ki, ev heyvanları üçün nəzərdə tutulmuş avadanlıqların 37%-nin internetə çıxışı var və bu, onları müxtəlif kiberhücumlar qarşısında həssas edir. Sorğu iştirakçılarının 12%-i bu cür qacetlərin sındırılması ilə qarşılaşdığını etiraf edib.
“Texnologiyalar nəinki bizim, hətta əhilləşdirdiyimizlərin də həyatını daha sadə və rahat edir. Müasir qacetlər ev heyvanlarını qorumağa, onlara qayğı gəstərməyə və komfortlu mühit yaratmağa kömək edir. Lakin bilmək vacibdir ki, istənilən elektron qurğu rahatlıqla yanaşı müəyyən risklər də gətirir: qacet sıradan çıxa bilər və ya cinayətkarlar onu sındıra bilərlər. Bu səbəbdən onu almamışdan öncə rəqəmsal təhlükəsizliyi düşünmək gərəkdir”, – deyə “Kaspersky Lab”ın antiviruslar üzrə eksperti Denis Makruşin bildirib.
Ev heyvanları və onların sahiblərinə əsl rahat və təhlükəsiz rəqəmsal mühit yaratmaq üçün “Kaspersky Lab”ın ekspertləri sadə qaydalara riayət etməyi məsləhət görürlər:
qaceti almamışdan öncə onun təhlükəsizlik səviyyəsinə diqqət yetirin – internetdə bazarda populyar olan devayslarda aşkar və təshih edilmiş boşluqlar haqqında məlumat əldə etmək mümkündür;
avadanlığı işə salmamışdan qabaq istehsalçı tərəfindən tətbiq edilən parolu daha etibarlısı ilə əvəzləyin;
avadanlığa lokal şəbəkədən xaric qoşulmalara qadağa qoyun;
qacetdə istifadə etmədiyiniz bütün şəbəkə xidmətlərini dayandırın;
proqram təminatını mümtəzəm olaraq yeniləyin (yeniləmələri yalnız rəsmi mənbələrdən yükləyin).
Frame.az