Kaspersky “qara cümə günü” dələduzlardan qorunmaq üsullarını xatırladır
İnsanlar tədricən noyabr ayınının gəlişini heç də dekabrdan geri qalmayacaq dərəcədə daha çox gözləməyə başlayırlar. Axı, məhz bu ayda “qara cümə günü” həyəcanı yaşanır – məşhur brendlər, pərakəndə satış şəbəkələri və bazarlar tərəfindən böyük endirimli satışlar təşkil olunur. Əgər əvvəllər bu “həftəsonu alış-veriş bayramı” tez-tez ayın sonunda keçirilirdisə, indi noyabrın əvvəlindən alıcıları endirimlər, bonuslar və hədiyyələr gözləyə bilər. Bununla belə, sərfəli alış-veriş fürsətləri dövrü təkcə istehlakçıların deyil, həm də alış-veriş coşqusundan yararlanmaq fürsətini əldən verməyən fırıldaqçıların da diqqətini çəkir. Kaspersky həm “qara cümə günü”, həm də digər bayramlarda onlayn müdaxilələrin qurbanına çevrilməmək üçün xatırlatma siyahısı hazırlayıb.
Endirimlər dövründə necə aldadırlar?
İstənilən böyük şirkətin müştəriləri, xüsusən də kampaniyalar zamanı fişinq e-poçtları ala bilərlər. Bu, təcavüzkarlar üçün çox əlverişlidir: özünü endirim həyəcanına qapdıran alıcı, keçidin saxta fişinq saytına – pul və ya bank kartı məlumatlarını oğurlamaq üçün yaradılmış resursa apardığının fərqində olmaya bilər. Hədəfdəki insanı linkə keçid etməyə inandırmaq üçün təcavüzkarlar əlavə bonus, daha artıq endirimlər və başqa bir mükafat vəd edə bilərlər. Fişinq mesajları həmçinin e-poçt və ya SMS vasitəsilə çatdırılma xidmətlərindən də gələ bilər.
Təcavüzkarlar həmçinin bank troyanlarından istifadə edərək onlayn ticarət platformalarına axın edənlərin şəxsi və ödəniş məlumatlarını oğurlamağa cəhd edə bilərlər. Bu, məsələn, daxil olduğunuz saytdakı formadan məlumatları oğurlamaq, veb səhifələrin məzmununu saxtalaşdırmaq və ya sadəcə olaraq istifadəçini tamamilə saxta saytlara yönləndirmək vasitəsilə baş verə bilər. Şəxsin məlumatlarını əldə etdikdən sonra təcavüzkar onun hesabından pul çıxara və ya onun adından alış-veriş etmək imkanı əldə edir.
“İnternet mağazaların və onlayn alış-verişin populyarlığı kibercinayətkarların fəallığının artmasına səbəb olur ki, onların da hədəfi tez aldanan alıcılar olur. Uğurlu onlayn alış-veriş etmək və onlayn fırıldaqçıların qurbanı olmamaq üçün bəzi ehtiyat tədbirləri görməlisiniz. Onlardan ən vacibi mümkün risklərdən xəbərdar olmaq, sayıqlığı əldən verməmək və “sonra peşman olmaqdansa, iki dəfə yoxlamaq daha yaxşıdır” prinsipinə əməl etməkdir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov xatırladır.
Dələduzların qurbanı olmamaq üçün nə etməli?
Təcavüzkarların tələsinə düşməmək üçün onlayn təhlükəsizlik qaydalarına əməl edin:
SMS, sosial şəbəkələr, e-poçtla gələn linklərə, hətta onlar guya real və populyar platformadan gəlsələr belə, klikləməyin. Əgər poçt siyahısındakı təkliflərdən biri marağınızı çəkirsə, əvvəlcə orada yazılmış məlumatların etibar edilə biləcəyinə əmin olmaq daha yaxşıdır. Bu, məsələn, satıcının və ya bazarın rəsmi saytına daxil olmaq və belə bir aksiyanın həqiqətən keçirilidiyini yoxlamaqla edilə bilər;
Yuxarıdakı tövsiyə linkin fişinq olmadığına hər zaman zəmanət vermir. Buna görə də, istifadəçi adı və ya parol kimi vacib məlumatları daxil etməzdən əvvəl ünvan çubuğunda saytın URL-ni diqqətlə yoxlayın. Ünvan səhvlərlə yazılıbsa, orijinaldan fərqlənirsə, adi hərflər əvəzinə xüsusi simvollardan istifadə olunursa, heç bir məlumat daxil etməyin;
Elektron poçtla aldığınız və sizdən şəxsi məlumatların daxil edilməsini tələb edən anketləri doldurmayın. Bu cür məlumatları yalnız təhlükəsiz saytlara daxil etmək sizi təhlükələrdən sığortalaya bilər. Onun ünvanının “https://” ilə başladığına əmin olun və brauzer pəncərəsinin aşağı sağ küncündə asılı kilidi xatırladan piktoqrammanı axtarın. Şübhə varsa, yaxşı olar ki, özünüzü sığortalamaq üçün telefondan istifadə edəsiniz;
Onlayn alış-veriş üçün virtual kart kimi ayrıca kartdan istifadə edin və balansında kiçik məbləğlər saxlayın, həmçinin gündəlik nağdlaşdırma limitləri təyin edin;
Pulsuz Wi-Fi olan ictimai yerlərdə onlayn alış-veriş etməyin. İctimai Wi-Fi-ın təhlükəli strukturu təcavüzkarların kredit kartı nömrəsi kimi məlumatları ələ keçirməsini asanlaşdırır;
Etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky Internet Security şübhəli sayta və ya zərərli reklam bannerlərinə daxil olmaq cəhdini bloklayacaq, həmçinin cihazınıza daxil olmağa çalışan bank troyanını vaxtında zərəsizləşdirəcək.