Kaspersky tanınmış oyun xidmətlərindəki hesabları hədəf alan zərərli proqram aşkarlayıb
Kaspersky mütəxəssisləri gizli şəbəkə (darknet) forumlarında Steam, Epic Games Store və EA Origin kimi tanınmış oyun platformalarındakı hesab məlumatlarını oğurlamaq üçün istifadə edilən troyanlar satıldığını aşkarlayıb. “BloodyStealer” adlandırılan troyan gözəçarpmadan müdaxilə etməyi bacarır, onun gizli şəbəkələrdəki satış qiyməti isə aylıq 10 ABŞ dollarından və ömrülük 40 ABŞ dollarından az deyil.
Oyundaxili məhsullar və hesablara kölgə forumlarında xüsusi tələbat var. Məsələn, Steam, Origin, Ubisoft və ya EpicGames kimi populyar oyun platformalarına giriş üçün login və şifrə birləşmələri topdan satış qiymətlə min hesab üçün 14,2 ABŞ dollarına və hətta individual hesab qiymətinin 30%-i dəyərində satıla bilər. Oğurlanmış məlumatlar gizli şəbəkədə əksər hallarda məlumat sızması nəticəsində deyil, təcavüzkarların məqsədyönlü fəaliyyəti nəticəsində peyda olur. BloodyStealer vasitəsilə həyata keçirilən hücumlar da bu qəbildəndir.
208 min login və parolun satışı haqqında elan
“Haqqında danışdığımız troyan, məsələn, “cookie” fayllar, şifrələr, skrinşotlar, avtomatik tamamlama formaları və bank kartları məlumatları kimi müxtəlif növ məlumatları toplamağa qadirdir. BloodyStealer hücumları hazırda Avropa, Latın Amerikası və Asiya-Sakit okean hövzəsi ölkələrində və digər ölkələrdə qeydə alınır”, – deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib.
Gizli şəbəkə (darknet) forumunda BloodyStealer-in təsviri
Kaspersky istifadəçilərə tövsiyə edir:
hesab məlumatlarını ikifaktorlu identifikasiya ilə qoruman;
şübhəli linklər vasitəsilə oyun çatlarından kənar saytlara giriş etməmək və login və şifrə istəyən istənilən resursu diqqətlə yoxlamaq;
proqramları yalnız rəsmi mənbələrdən yükləmək;
xüsusi oyun rejiminə malik, cihazın məhsuladrlığına təsir etmədən məhsulun effektiv fəaliyyətini təmin edən, məsələn, kompüterlər üçün Kaspersky Total Security və ya Andorid platformalı mobil cihazlar üçün Kaspersky Internet Security kimi etibarlı qoruma həllərindən istifadə etmək.
BloodyStealer haqqında buradan daha ətraflı öyrənə bilərsiniz:
https://securelist.com/bloodystealer-and-gaming-assets-for-sale/104319/