“Kaspersky Lab”: Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir
“Kaspersky Lab” şirkəti 2019-cu ilin ilk dörd ayı ərzində azərbaycanlı uşaqların ən çox ziyarət etdiyi saytları təhlil edib və belə bir nəticəyə gəlib ki, azyaşlılar ən çox əyləncəli multimedianı seçir. Anonim tərtib olunmuş statistikaya görə, ziyarətlərin demək olar ki, yarısı məhz bu istifadəçilərin payına düşür (44%). İnternet-kommunikasiya resurslarına giriş 31% göstərici ilə ikinci pillədədir. Üçüncü yerdə isə cəmi 6%-lə kompüter oyunları olan saytlar qərarlaşıb.
Azərbaycanın azyaşlı istifadəçilərinin digər resurslara marağı nisbətən azdır. Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında uşaqların şəbəkə fəallığının təxminən 5%-i xəbər saytlarının, 4%-i onlayn alış-veriş saytlarının, 1%-i isə böyüklər üçün nəzərdə tutulmuş resursların (qumar, spirtli içkilər, silah, narkotik maddələr, zorakılıq və s) payına düşür. Pornoqrafik saytlara giriş isə nisbətən yüksəkdir – 2%.
Son 12 ay ərzində, yəni 2018-ci ilin may ayından 2019-cu ilin may ayına qədər MDB ərazisində uşaqlar rusdilli sosial şəbəkələr arasında əsasən “Vkontakte”, “Instagram”, “Skype” proqramlarına, ingilis dilli şəbəkələr arasında isə “Facebook”, “Twitter” və “Pinterest” proqramlarına axtarış veriblər. Multimediya resursları arasında lider “YouTube” kanalı olaraq qalır, həmçinin “Spotify” və “Netflix” resursları da uşaqlar tərəfindən fəal istifadə olunur.
Filmlər və seriallar arasında axtarış sətirində əsasən “Taxt-tac oyunları”, “Qisasçılar”, “O”, “Riverdeyl”, cizgi filmləri arasında “Smeşariki”, “Qrafiti Folz”, “Əjdahanı necə əhilləşdirmək-3” axtarışa verilib. İngilis dilində musiqi axtarışlarında lider mügənni Billi Aylişdir.
Uşaqlar elektron ticarət portallarından ən çox “AliExpress”, “Avito”, “Ozon”, “Yula”dan, ingilis dilində isə həmçinin “Amazon” və “eBay”dan istifadə edib. “Minecraft”, “Tanklar Online”, “Roblox” və “Fortnite” isə azyaşlıların ən sevimli oyunları olaraq qalır.
“Müşahidələrimiz göstərir ki, oyunlar və sosial şəbəkələr aktiv şəkildə mobil platformalara keçir. “TikTok” servisi məşhurlaşır, uşaqlar virtual ünsiyyəti məhdudlaşdırmamaq üçün kompüterdən deyil, mobil qurğulardan istifadəyə üstünlük verirlər. Lakin, film seyr etmək və musiqi dinləmək onlar üçün böyük ekran və daha dəqiq görüntüyə görə stasionar kompüterlərdə daha rahatdır”, – deyə “Kaspersky Lab” şirkətinin kontent təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev bildirib.
Uşaqları internet təhlükələrindən qorumağa “Kaspersky Safe Kids” həlli yardım edir. “Kaspersky Lab”ın bu məhsulu bir çox aktual kibertəhlükələri tapır və məhdudlaşdırır. Bundan başqa, bu həll vasitəsi ilə valideynlər uşaqlarının sosial şəbəkələrdəki hərəkətlərindən, dost siyahısındakı dəyişikliklərdən, eləcə də real vaxt rejimində uşaqlarının yerini öyrənə bilərlər.
Azərbaycan (01.2019 – 05.2019) | |
PT, audio, video | 44,46% |
İnternet-kommunikasiya vasitələri (sosial şəbəkələr, messencerlər, çatlar və forumlar) | 31,02% |
Kompüter oyunları | 6,45% |
Xəbər resursları | 4,62% |
HTTP sorğuların yenidən yönləndirilməsi | 4,28% |
Elektron ticarət | 3,97% |
Böyüklər üçün | 2,02% |
Senzuradankənar sözlər | 0,81% |
Alkoqol, tütün, narkotik maddələr | 0,76% |
İş axtarışı | 0,69% |
Zorakılıq | 0,44% |
Qumar, lotereya, totalizatorlar | 0,29% |
Silah, partladıcı maddələr, pirotexnika | 0,14% |
Din, dini qurumlar | 0,04% |
Frame.az