EventsMobil dünyaTəhsilTəqdimat

Keçən il böyük maraqla qarşılanan Gənclərin Sosial Media Forumu Azərbaycanda ikinci dəfə keçiriləcək

19 aprel, 2025-ci il tarixində “Avropa Azərbaycan Məktəbi”ndə 800-ə qədər iştirakçı ilə baş

tutacaq Gənclərin Sosial Media Forumunda 9 təcrübəli spiker sosial media alqoritmləri, süni

intellekt alətləri, marketinq kampaniyaları, podkastların inkişafı və dövrün digər aktual

mövzuları ətrafında öz şəxsi təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi ölkədə sosial media sahəsində savadlılığın artırılması, innovativ

məzmun yaradıcılığına dəstək vermək, gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və

peşəkarlarla güclü əlaqələr qurmaları üçün geniş imkanların yaradılmasıdır.

Forum çərçivəsində iştirakçılar öz sahəsində aparıcı olan mütəxəssislərin dəyərli

təcrübələrini dinləmək fürsəti əldə edəcək. Sabir Camal “Datanı göstər, deyim kimsən”,

Göktuğ Sarı “Sosial medianın qazananları”, Fərid Hacıyev “Öz kəpənəyini yarat”, Nicat

Manafov “Sosialda NƏ və NECƏ satır?”, Cəfər Nəcəfov “AI işləsin, sən qazan” və

Türkiyədən qonağımız olan Betül Uslu isə “Alqoritmlər beynimizi əridirmi?” mövzusunda

maraqlı müzakirələr aparacaqlar.

Həmçinin, Azərbaycanın ən reytinqli podkast platformalarından biri olan “Söhbətgah”

komandası – Tural Yusifov və Əli Xəyyam tərəfindən “Podkast sektorunun inkişafı”

mövzusunda xüsusi panel təqdim olunacaq.

Tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Bundan əlavə, gəncləri canlı

musiqi, sponsorlardan dəyərli hədiyyələr, 100-dən çox peşəkarla netvörkinq imkanı da

gözləyir.

Gənclərin Sosial Media Forumu 2024-cü ildə ilk dəfə keçirilmiş və iştirakçılar tərəfindən

böyük rəğbətlə qarşılanmışdı. Bu il isə tədbir daha da zəngin məzmun formatı ilə baş

tutacaq.

Gənclərin Sosial Media Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat

öyrənmək üçün forumun rəsmi səhifəsinə keçid edə və vebsayt və ya sosial media

hesablarımızı izləyə bilərsiniz:

Vebsayt: https://gsmf.az

Instagram: https://www.instagram.com/gsmf2025/

Facebook: https://www.facebook.com/profile.php?id=61556396000253

Linkedln: https://www.linkedin.com/company/g-ncl-rin-sosial-media-forumu/

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!