IdmanTəqdimat

Kempoçular arasında 28 may “Respublika günü”nə həsr olunmuş turnir keçirildi

Abşeron rayon Gənclər və İdman idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə “Toğrul”şərq əlbəyaxa döyüş növləri  və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Kempo Full və Kempo Submişn Gi üzrə, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında 28 may “Respublika günü”nə həsr olunmuş turnir keçirilib.

Açılış mərasimində  Abşeron rayon Gənclər və İdman idarəsinin nümayəndələri və Azərbaycan Kempo federasiyasının rəhbərliyi  iştirak ediblər.

Turnirdə respublikanın şəhər və rayonlarından ibarət 16 ya yaxın klubdan 190-a yaxın idmançı öz güclərini sınayıb.

Qalib olmuş idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!