IdmanTəqdimat

Kişi para-taekvondoçularımızdan tarixi uğur!

Serbiyanın paytaxtı Belqradda keçirilən para-taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Turnirdə 3 idmançı ilə çıxış edən milli komandamızın heyətində İmaməddin Xəlilov (-70 kq) qızıl, Əbülfəz Abuzərli (-80 kq) isə gümüş medal qazanıb.

Medalların əyarına görə kişi para-taekvondoçulardan ibarət milli komandamız Avropa çempionu olaraq tarixi uğura imza atıb.

2-ci pillədə Türkiyə, 3-cü pillədə AİN qərarlaşıb.

Qeyd edək ki, milli komandamız qitə çempionatında baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!