Azərbaycanda ilk dəfə olaraq inhibitorun müalicəsinə dair beynəlxalq onlayn konfrans keçirilib
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2020-ci ildə planlaşdırdığı Konfranslar və seminarların ləğvinə baxmayaraq, “Müalicə hamı üçündür” şüarı altında qanaxmaya məruz qalan cəmiyyətini bir araya gətirməyə səy göstərməyə davam edir.
Bu öhdəlik xüsusilə COVID-19 böhranı zamanı vacibdir və buna görə də Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə 2020-ci ilin 05 iyun tarixində Bakı vaxtı ilə saat 18:00-da “Uşaqlarda inhibitorlu hemofiliyanın müasir müalicə metodları” mövzusunda Avropa Hemofiliya Konsorsiumunun dəstəyi ilə virtual Konfrans təşkil olunmuşdur. Konfransda Portuqaliyanın Lisabon Hemofiliya Mərkəzinin rəhbəri Dr. Cristina Catarino Oliveira, Avropa Hemofiliya Konsorsiumunun prezidenti Deklan Nun təqdimatlarla çıxış etmişlər.
Beynəlxalq standartlara görə yeni dərman preparatları vasitəsi ilə qanaxmalar tamamilə sıfıra endirilmişdir.
Azərbaycan hökuməti hemofiliyalı vətəndaşlarımızı qanı laxtalandıran factor preparatları ilə təmin edir və müasir müalicədə istifadə olunan dərman preparatının (Emicizumab) qeydiyyatının alınmasında ilk ölkələrdən biri olmuşdur.
Konfransın həmsədrləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə müdiri Dr. Naida Hüseynzadə və Assosiasiyanın sədri Ayaz Hüseynov olmuşlar.
Qeyd edək ki, Onlayn Konfransda Naxçıvan MR-dan, Şirvandan tibb mütəxəssisləri, Azərbaycanın müxtəlif regionlarından pasientlər və onların ailə üzvlərindən ibarət 63 nəfər iştirak etmişdir.
#Hemophilia #Səhiyyə #Hematologiya #Pasient #Hemofiliya #HemofiliyaAzərbaycan #İnhibitor #EHC #HemofiliyalıXəstələrinRespublikaAssosiasiyası