Könüllü və təmənnasız qanvermə aksiyası təşkil olunacaq
15 iyul tarixində saat 14:00-dan 19:00-dək Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində könüllü və təmənnasız qanvermə aksiyası təşkil olunacaq.
DİQQƏT: Yayın şiddətli istilərlə davam etməsi qan verən insanların sayına ciddi təsir etmişdir. Bildiyiniz kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara mütəmadi qan köçürülməlidir, əks halda həyatı təhlükələri var.
Bu səbəbdən övladlarımızın istirabsız yaşaması və müvəqqəti yaranan qan qıtlığını aradan qaldırmaq məqsədi ilə Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyası 15 iyul tarixində saat 14:00-dan 19:00-dək Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində könüllü və təmənnasız qanvermə aksiyasını keçirəcəkdir.
Sizlərdən hər birinizi bu nəcib addıma qatılmağınızı və övladlarımızı qan verərək xilas etmək üçün bu aksiyada iştirak etməyinizi rica edirik. Hal-hazırda donor qanında böyük qıtlıq yaşanır, və hər ay 1500-dən artıq pasiyentləri donor qanı ilə təmin etmək üçün xahiş edirik bu məlumatı yaxınlarınızla bölüşməklə bu aksiyaya daha artıq insan cəlb etməkdə köməklik göstərəsiniz.
Donorluq – əsl xeyriyyəçilikdir. Qan vermək – onu bölüşə bilənlər üçün çox cüzi, ona ehtiyacı olanlar üçün çox həyati vacib bir hadisədir!
Frame.az