Hyatt Regency otelində Koreya Respublikasının səfirliyi təşkilatçılığı ilə Koreya mətbəxi adlı festival keçirilmişdir. Tədbir zamanı Koreyadan gələn 4 aşpaz Koreyanın milli mətbəxinə aid Galbijjim, Dakgalbi və Kimçi kimi yeməkləri təqdim etmişdirlər. Bundan əlavə, Koreyanın milli spirtli içkisi olan Makgeolli likyoru da qonaqlara təqdim edilmişdir. Koreya yeməyini dadmaq məqsədilə dövlət rəsmiləri və yüksək səviyyəli qonaqlar tədbirə qatılmışdır. Səfir Kim Çanq-qyu öz açılış nitqində Koreyalı aşpazların səfərinin və bu festivalın keçirilməsinin mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini əminliklə vurğulamışdır.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, baş kulinar Tünzalə Məmmədzadə Azərbaycan və Koreya kulinariya assosiasiyasıları arasında cari və gələcək münasibətlərin inkişafı haqqında fikirlərini əlavə etmişdir. Bundan əlavə, 28 iyun tarixində Koreya aşpazları “Nuş Olsun” adlı proqramına qatılaraq Koreya yeməklərin bişirmə qaydasını geniş əhali kütləsinə təqdim etmişdilər. Səfirlik qonaqların Koreya Milli Mətbəxindən məmnun qaldıqlarına və Koreyalı aşpazların Azərbaycan xalqını Koreya yeməkləri haqqında maarifləndirmək kimi məqsədlərinə nail ola bildiklərinə ümid edir.
Frame.az