Aşpazlar üçün ödənişsiz ingilis dili kursları təşkil olunacaq
Turizm Təlim və Sertifikasiya Mərkəzinin Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası ilə birlikdə aşpazlar üçün ingilis dili tədrisi proqramına başlayır.
Assosiasiyasın nümayəndəsi Fərhad Aşurbəylinin dediyinə görə, 2021-ci il ərzində proqram 50 yaxın aşpaz qəbul edə biləcək. İngilis dili aşpazların işində vacib olub, çoxlarının düşündüyü kimi yalnız turistlərlə ünsiyyət qurmaq üçün deyil. İngilis dili müstəqil təhsil, kulinariya sahəsində yeni məhsullar haqqında məlumat almaq, müxtəlif beynəlxalq seminarlara qatılmaq və təbii ki, beynəlxalq çempionatlarda tam şəkildə iştirak etmək üçün lazımdır. Assosiasiya və Azərbaycan aşpazları adından Turizm Təlim və Sertifikasiya Mərkəzinə, eləcə də, Azərbaycan Turizm Bürosuna aşpazlara göstərilən diqqətə və bu layihədə göstərdikləri köməyə görə təşəkkür edirəm.