Lənkəran Peşə Liseyi təhsil alan gənc kulinarların IV Ümumrespublika Çempionatının qalibi olub
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən mərkəzin 30 illik yubileyinə həsr edilmiş təhsil alan gənc kulinarların IV Ümumrespublika Çempionatında Lənkəran Peşə Liseyinin aşpaz, turizm sahəsində iaşə mütəxəssisi qruplarının müəllim və tələbələri uğurla çıxış ediblər.
Çempionatda təcrübəli aşpaz və kulinarlardan ibarət münsiflər heyəti tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirmə qaydalarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən olunub.
Münsiflər heyətinin qərarına əsasən, “Lənkəran UNESKO-nun Dünya Qastronomiya Şəhəridir” nominasiyasında Lənkəran Peşə Liseyi birinci yerə layiq görülüb.
Qaliblərə diplomlar təqdim olunub.