EventsFestivallarIqtisadiyyatMədəniyyətTəqdimat

Lənkəranda “Avropa şəhərciyi” tədbiri keçirilib

Lənkəranda Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi tərəfindən “Avropa şəhərciyi” adlı tədbir təşkil olunub.

Tədbirin açılışında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib, Lənkəranın belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib.

Sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edərək deyib ki, Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulur. Qeyd edib ki, Lənkəran Aİ ilə əməkdaşlıq çərçivəsində müvafiq layihələrin reallaşdığı regionlardan biridir. “Lənkəran Azərbaycanın ilk bölgəsidir ki, Aİ-nin bölgə üçün yaradılmış spesifik layihəsinin icrasına başladıq, məqsəd bu şəhərin inkişafıdır. Layihə “Aİ Lənkəran üçün” adlanır. Bu gözəl şəhərin inkişafı naminə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, regionda çalışan yerli orqanlarla, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik”, – deyə o vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında qeyd edib ki, ölkədə müxtəlif sahələrdə inkişaf müşahidə olunur: “Xarici siyasət kursunda prioritetlərdən biri beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqdır ki, bu istiqamətdə də addımlar atılır. Bu müstəvidə Aİ ilə əməkdaşlığımız ölkənin xarici siyasətində əsas istiqamətlərdən biridir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.

Sonra tədbir bədii hissə ilə davam edib, stendlərlə tanışlıq olub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!