“Liberty Media” Çində daha bir yürüş keçirmək niyyətindədir
Formula 1-in kommersiya direktoru Şon Bratçes çempionat rəhbərlərinin Çində daha bir Qran-Prinin təşkil edilməsi məsələsini nəzərdən keçirdiklərini bildirib.
Frame.az xəbər verir ki, Şon Bratçes deyib: “Biz Çində küçə yürüşünün təşkil olunmasında çox maraqlıyıq. Bu, Şanxayda malik olduqlarımıza qarşı yaxşı müqayisəedilmə olardı. Bizim planlarımız şoumuzu mümkün qədər daha çox insana çatdırmaqdır”.
Bratçesin sözlərinə görə, Formula 1 küçə yürüşlərini Çinin altı iri şəhərindən birində keçirilməsi variantına baxır.
“Biz ikinci Çin Qran-Prisinin keçiriləcəyi yeri müəyyən etmək məqsədilə yerli hakimiyyət orqanları nümayəndələri ilə danışıqlar aparırıq”, – deyə “Pitpass” Bratçesdən sitat gətirir.
Formula 1 çempionatının Çin mərhələsi Şanxayda 2004-cü ildən başlayaraq hər il təşkil edilir. Xatırladaq ki, Formula 1-in gələn mövsümündə çempionatın tarixində ilk dəfə olaraq Vyetnam Qran-Prisi də keçiriləcək.