Baku City CircuitFormula 1

“Liberty Media” Formula 1-in iki mərhələsini Çində və iki mərhələsini ABŞ-da keçirmək istəyir

Formula 1 yarışlarının icraçı direktoru Çeyz Keri vurğulayıb ki, “Liberty Media” Formula 1-in iki mərhələsini Çində və iki mərhələsini ABŞ-da keçirmək istərdi.

Frame.az xəbər verir ki, bu yürüşlərin Amerikada keçirilən ikinci mərhələsinin artıq 2019-cu ildə Mayami Qran-Prisi ilə bərabər çempionatın təqviminə daxil ediləcəyi ehtimal olunur.

Çeyz Keri deyib: “Bizim məqsədimiz Formula-1 yarışlarını hələ öyrənməmiş qrup üçün əlyetərli və maraqlı etməkdir. Çin və ABŞ dünyanın iqtisadi baxımdan ən iri dövlətləridir. Bu ölkələrdə Qran-Pri yarışları keçirilməsi potensialından heç də tam istifadə etməmişik. Əlbəttə, biz bu ölkələrin dünya iqtisadiyyatında oynadığı böyük rolu nəzərə alaraq ABŞ-da və Çində ikinci yürüşləri təqvimə daxil etmək ümidindəyik”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!