IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Lider mobil operator Azərbaycanda ilk dəfə olaraq müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir

Oktyabr ayının 3-dən etibarən Azercell ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən “İstəSən” tarifini istifadəyə verir.

Tarifin əsas paketi çərçivəsində müştərilərə 7 AZN-ə 30 ölkədaxili dəqiqə və 3GB internet təklif olunur. Abunəçilər fərdi ehtiyac və istəklərinə görə Azercell-in “Kabinetim” tətbiqində paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də Instagram/Facebook, YouTube və TikTok üçün internet əlavə edə bilərlər. Qeyd edək ki, daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur.

“Kabinetim”lə yanaşı, tarifi 7575 qısa nömrəsinə IsteSen açar sözünü göndərməklə , Azercell Müştəri Xidmətləri ofislərində, diler dükanlarında və ya Azercell-in rəsmi internet səhifəsində aktivləşdirmək mümkündür. Tarif haqqında ətraflı məlumatı www.azercell.com səhifəsindən əldə etmək olar.

Hər bir müştərinin fərdi ehtiyaclarına yönəlmiş bu yeni məhsul, abunəçilərə ən sərfəli tarif paketlərini yaratmağa daha geniş imkanlar təqdim edir.

Öz tarifinizi Azercell ilə yaradın!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!