PR-TanıtımRevizorTəqdimat

Logo konsepsiyası ilə ajiotaj yaradan Ganja bistro’nun açılışı-FOTO-lar

Uzun müddətdir ki, şəhər sakinləri bu yerin yanından keçəndə yeni açılacaq məkanın logosunda nəsə qəribəlik müşahidə edirdilər. Demək olar ki, hər kəsi bu logodakı yarpağın hansı bitkiyə məxsus olduğu düşündürürdü.

Yanvarın 13-də logo konsepsiyası ilə ajiotaj yaradan Ganja bistro’nun açılışı nəhayət ki, baş tutdu.

Aydın oldu ki, “Ganja Bistro“ restoranının rəsmi loqosundakı yarpaq Gəncə şəhərində yetişən endemik xan çinarlarının yarpağı ilə assosiasiya edilir. Şəhərdə sayı 200-dən çox olan bu ağacların yaşı 150-1500 il arasında dəyişir və hətta Gəncədə yerləşən və 1606-cı ildə tikilən Xan Abbas məscidinin həyəti də bu çinarla bəzədilib.

Məkana daxil olan hər kəs özünü qədim Gəncə torpağında hiss edir. Divarlardakı Nizami portreti, Gəncənin məşhur abidələri, məqbərələri və nəhayət məkanda qonaqlara təqdim olunan ləziz Gəncə mətbəxinin təamları bu məkanı nəinki yerli sakinlərə, hətta şəhərimizdə qonaq olan turistlərə də sevdirəcək.

Frame.az kollektivi yeni açılan məkanın gülərüz və mehriban kollektivini təbrik edir, onlara bol-bol qazanc, müştəri məmnuniyyəti arzu edir.

Açılış günündən olan fotoları sizlərə təqdim edirik.

Fotolar Photographer Emin-ə məxsusdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!