“Mənim səssiz dünyam” adlı fərdi sərginin açılışı baş tutdu-fotolar
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 26 aprel 2017-ci il saat 12:00-da Bayramov Tural Aslan oğlunun “Mənim səssiz dünyam” adlı fərdi sərgisinin açılışı baş tutub.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun xüsusi dəstəyi və ADRA Muzey-Sərgi Kompleksinin təşəbbüsü ilə həyata keçirilir.
Sərgidə gənc rəssamın 100-ə yaxın əl işi nümayiş olunub. Qeyd edək ki, rəssam iki ilə yaxındır ki, fərdi sərgisinə həvəslə hazırlaşır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş sərgi 28 aprel 2017-ci il tarixinədək davam edəcəkdir.
Açılış günündən olan fotoları sizə təqdim edirik. Frame.az