Mərkəzi Gömrük Hospitalının həkimi Türkiyənin nüfuzlu jurnalının redaksiya heyətinə seçilib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu Türkiyənin “International Journal of Current Medical and Biological Sciences” jurnalına redaktor seçilib. Həmkarımızla bərabər, jurnalın digər redaktorları ABŞ, İsveç, Böyük Britaniya, İndoneziyadan olan yüksəkixtisaslı həkimlərdir.
Qeyd edək ki, bu jurnal ildə 4 dəfə nəşr olunan beynəlxalq resenziyalı onlayn jurnaldır. Burada tibbin müxtəlif sahələrinə: anesteziologiya, xərçəng biologiyası, kardiologiya, ürək torakal cərrahiyyə, ümumi cərrahiyyə, hematologiya, ginekologiya, immunologiya, yoluxucu xəstəliklər, bitki terapiyası və s. aktual mövzulara dair elmi məqalələr işıqlandırılır.
Həmkarımızı belə bir hüfuzlu jurnalın redaksiya heyətinə qəbul edilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyirik!