Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində ürəyin kompüter tomoqrafiyası (KT) xidməti göstərilir
Dr.Eldəniz Hüseynov: “Ürək tomoqrafiyası ürəyin anatomik quruluşunun qiymətləndirilməsində və bir çox ürək xəstəliklərinin müalicəsində bir bələdçidir”.
Bu gün həyat tərzinin dəyişməsi və stress səbəbindən şəkərli diabet, böyrək xəstəlikləri, insult, yüksək təzyiq və ürək-damar xəstəlikləri olan insanların sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının son araşdırmaları göstərir ki, ürək-damar xəstəlikləri ölüm hallarının əsas səbəbidir.
Ürəyin kompüter tomoqrafiyası (KT), orqanın toxumalarının vəziyyətini qiymətləndirməyə, ürək əzələsinin zədələnməsinin və ürək qüsurunun olub-olmadığını müəyyən etməyə imkan verir.
Ürək tomoqrafiyası müasir qeyri-invaziv yolla, yüksək dəqiqliklə həyata keçirilən diaqnostik prosedurdur. Ürəyin quruluşunu, həmçinin, koronar damarların vəziyyətini qiymətləndirən bu metod haqqında suallarımızı Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman, radioloq Dr.Eldəniz Hüseynova ünvanladıq. Müsahibəni diqqətinizə çatdırırıq.
-Eldəniz həkim, ürək koronar KT angioqrafiyabarədə nə deyə bilərsiz?
-Ürək tomoqrafiyası/koronar KT angioqrafiya, xüsusən də koronar arteriyalar ilə əlaqəli olmaqla, ürəyin anatomik quruluşunun qiymətləndirilməsində və bir çox ürək xəstəliklərinin müalicəsindəbələdçi olaraq istifadə edilən, kontrast maddə istifadə edilərək çəkilən tomoqrafik görüntüləmə üsuludur.
Bu metoddan kardiologiyada infarkt, insult və digər həyati təhlükəli vəziyyətlərin erkən qarşısının alınması məqsədilə, gizli patologiyaların diaqnostikasında istifadə olunur.
-Ürək tomoqrafiyası/koronar KT angioqrafiyanın tətbiq sahələri hansılardır və hansı xəstəliklərdə istifadə olunur?
-Ürək tomoqrafiyası/Koronar KT angioqrafiya koronar arteriya xəstəliyi, perikard xəstəlikləri, anadangəlmə (konjenital) ürək xəstəlikləri, ürək törəmələri, qapaq və protez qapaq xəstəlikləri kimi bir çox ürək xəstəliklərinin müalicəsi üçün yol göstəricisidir.
-Ürək tomoqrafiyası/koronar KT angioqrafiyanın fərqli xüsusiyyətləri vəya üstünlükləri hansılardır?
-Koronar KT angioqrafiyası ilə uğurlu bir çəkiliş edildikdə angioqrafiyada olduğu kimi yüksək informativ bir görüntü əldə edilə bilər. Hətta angioqrafiyada xəstənin yalnız damarlarının içi göründüyü halda, koronar KT angioqrafiyada xəstənin damar divarı da görünə bilir. Beləliklə, damarlardakıplakların quruluşu analiz edilə bilər. Plak tərkibinin təhlili vacibdir, çünki plakın yayılması və xarakteri xəstənin yüksək risk qrupuna daxil olub-olmadığı haqqında məlumat verir.
Bütün bu qiymətləndirmələrə əsasən xəstənin müalicəsi planlaşdırılır. Xəstələr bəzən yüksək risk qrupuna aid olduğu halda stres testi normal ola bilər. Odur ki, əgər xəstə həkim tərəfindən riskli qrupda görülürsə, koronar KT angioqrafiyası məsləhət görülür və bəzən bu müayinədə kritik stenozlar ortaya çıxa bilər. Damarda stenoz kritik bir vəziyyəti göstərmədiyi, orta və ya yüngül plakları olan xəstələrdə dərman müalicəsi təyin edilir və ya mövcud dərman müalicəsi dəyişdirilir.
Bunlara əlavə olaraq mövcud bir ürək xəstəliyi olan xəstələrdə də xəstəliyin gedişatını və başqa problemlərin olub-olmadığını görmək üçün koronar KT angioqrafiyası da çəkilir. Çox kiçik diametrli stentləri olan xəstələrdə koronar KT angioqrafiyası tövsiyə edilmir. Stent ölçüləri uyğun olarsa, stent içi daralmanın mövcud olub-olmadığıkoronar KT angioqrafiyası ilə də yoxlana bilər.
Koronar KT angioqrafiya, bəzən tamamilə tıxanmış damarlarda kalsium miqdarını ölçmək, prosedur zamanı istifadə ediləcək tellərin keçidiniplanlaşdırmaq və müalicə strategiyasını təyin etmək üçün istifadə olunur. Koronar KT angioqrafiyası çətin prosedurlara rəhbərlik etmək üçün də vacibdir. Bundan əlavə,müayinə cəmi 5-6 dəqiqə çəksə də,xəstənin məlumatlandırılması, damar yolunun açılması, lazımi dərmanların verilməsi və prosedurun aparılması kimi addımlarla, cəmi 40 dəqiqə kimi az vaxt tələb olunur.
Koronar KT angioqrafiyanın üstünlükləri aşağıdakılardır:
-görüntünün keyfiyyəti çox yüksəkdir;
-koronar arteriya xəstəliyində görüntü yüksək dəqiqlikdə verildiyi üçün ona daha çox üstünlük verilir. Mürəkkəb və sadə anadangəlmə ürək xəstəliklərində anatomiya və damar əlaqələri haqqında yüksək səviyyədə məlumat verir;
-çəkiliş üçün 5-7 dəqiqəyə qədər qısa vaxt tələb olunduğundan və MRT-də olduğu kimi səs-küy problemi olmadığı üçün xəstələrdə narahatlıq yaratmır;
-prosedur zamanı və sonra ağrı yoxdur;
-stent qoyulması və ya bypass əməliyyatı keçirmiş insanlarda və ya daha əvvəl koronar arteriya xəstəliyi olduğu bilinməyən xəstə qrupunda təhlükəsiz şəkildə tətbiq oluna bilər. Koronar anatomiya və stenoz səviyyələri haqqında ətraflı məlumat əldə etmək olar.
-Ürək tomoqrafiyası/ koronar KT angioqrafiyada proses necə gedir?
-Xəstəyə prosedur barədə məlumat verildikdən sonra, ondan razılıq formasını doldurması xahiş olunur. Daha sonra pasiyentin kreatin dəyəri yaxınlarda yoxdursa, prosedur günü xəstədən qan götürülür və kreatinin dəyəri yoxlanılır. Prosedur zamanı kontrast maddə veriləcəyi üçün kreatin dəyəri vacibdir.
Xəstənin damar yolu açılır, tomoqrafiya cihazının içərisindəki xərəyə yatırdılır. Lazım gələrsə, damar yolundan ürək ritmini tənzimləmək üçün dərmanlar verilir.Xəstəyə nəfəs əmrləri izah edilir. Çünki xəstə düzgün nəfəs almırsa və görüntü sabitlənməzsə, ‘artifakt’ deyilən çəkilişin keyfiyyətini aşağı salan vəziyyətlər yarana bilər. Belə bir vəziyyətdə prosedur etibarlı olmayacaq, çünki koronar arteriya strukturları çox incə strukturlardır və görüntüdəki bir pozğunluq həkimi çaşdıra bilər. Bu səbəbdən tənəffüs əmrləri əvvəlcədən praktik edilir və nəfəs tutmaqla ürək döyüntüsünün nə qədər düşdüyü yoxlanılır.
Bununla belə, verilən kontrast maddəyə bağlı xəstənin bədənində istilik, sidik qaçırma hissi və ağızda metal dad hiss edilə bilər. Prosedur zamanı panikaya düşməməsi və ürək döyüntüsü artmasın deyə, xəstəyə bunlar barədə də əvvəlcədən məlumat verilir. Əgər xəstə bunları əvvəlcədən bilərsə, adətən problem olmur. Ürək tomoqrafiyası prosesi çox qısa olduğu üçün klaustrofobiyası olan xəstələr üçün belə problem yaratmır.
Tomoqrafiyada digər vacib məsələ xəstənin ürək döyüntüsüdür. Prosedurdan əvvəl istifadə etdiyi dərmanlar və ya həmin gün venadaxili verdiyi dərmanlar sayəsində ürək döyüntüsünün 60 civarında olması arzu edilir. Əks halda, artefakt adlanan görüntünün keyfiyyətini pisləşdirən vəziyyətlərlə qarşılaşa bilərsiniz.
Bütün bunlara əlavə olaraq xəstənin əvvəlcədən qəbul etdiyi dərmanlar da ətraflı şəkildə sorğulanmalıdır. Xüsusilə, prosedurdan əvvəl onun cinsi gücü artıran bəzi dərmanlardan istifadə edib-etmədiyi bilinməlidir. Əgər xəstənin bu qrup dərmanlardan istifadəsinin yaxın keçmişi varsa, prosedurun icra edilib-edilməyəcəyinə onların həkimi qərar verir. Çünki bu dərmanların və prosedur zamanı xəstəyə veriləcək dilaltı spreylə eyni vaxtda istifadə etdikdə qan təzyiqi ciddi şəkildə düşə bilər. Bu, həyat üçün təhlükə yarada bilər. Bu səbəbdən cinsi gücü artıran dərman istifadə edən xəstələrin əvvəlcədən məlumat verməsi çox vacibdir.
-Ürək tomoqrafiyası/koronar KT angioqrafiyanın çatışmazlıqları hansılardır?
-Bu məsələ ilə bağlı olaraq iki mühüm məqamı nəzərə almaq lazımdır. Ürək tomoqrafiyasına radiasiya daxildir və böyrək çatışmazlığı olan xəstələrdə kontrast maddə təhlükəli ola bilər. Mərkəzimizdə pasiyentlərimizin bədən səthinin sahəsinə, bədən quruluşuna və damarlarındakı kalsifikasiya dərəcəsinə görə minimum şüalanma almasını təmin edən üsullar tətbiq edilir. Kontrast maddənin miqdarı da xəstənin xüsusiyyətləri nəzərə alınmaqla minimum səviyyədə saxlanılır.
-Hansı xəstələrə ürək tomoqrafiyası/koronar KT angioqrafiyasıolmaz?
-Prosedur zamanı kontrast maddə istifadə edildiyindən xroniki böyrək çatışmazlığı olan xəstələrdə mütləq xəstənin həkimi və nefrologiyası tərəfindən ilkin qiymətləndirilmə aparılaraq prosedura qərar verilməlidir. Kiçik diametrli stentləri olan xəstələrdə də koronar KT angioqrafiyası optimal nəticə verməyəcək. Radiasiya almamağı üstünlük verilən xərçəng xəstələri üçün tomoqrafiya tələb olunarsa, minimum şüa dozası diqqətə alınaraq çəkiliş aparılır. Bundan başqa, prosedur bütün xəstələrə tətbiq oluna bilər.
-Ürək tomoqrafiyası/koronar KT angioqrafiyadan sonra nələrə diqqət yetirilməlidir?
-Böyrəkləri ilə problemi olan bir xəstədə prosedurdan əvvəl və sonra bir müddət maye vermək lazım ola bilər. Prosedurdan sonra ürək çatışmazlığı aşkar edilməyən xəstələrdən 2-2,5 litr su içməsi istənilir. Bu tətbiq kontrast maddənin bədəndən asanlıqla çıxmağınaimkan verir. Prosedur bitdikdən sonra xəstələr birdən ayağa qalxmamalıdır. Əvvəlcə onlara bir müddət oturmağa icazə verilir, nəbz və qan təzyiqi yoxlanılır. Başgicəllənmə və aşağı təzyiq kimi hallarda xəstə lazımi müdaxilə üçün təqibdə saxlanılır. Sonra raporlanma prosesi 1-2 gün çəkə bilər.
-Ürək tomoqrafiyası prosedurunda hərhansı ağrı olurmu?
-Xeyr, ağrı hiss olunmur.
-Ürək tomoqrafiyasında allergiya olma riski varmı?
-Prosedur zamanı verilən kontrast maddəyəbağlı olaraq allergiya inkişaf edə bildiyi üçün xəstədən prosedur etməzdən əvvəl ətraflı allergiya tarixi alınır. Allergiya olması ehtimalı olan xəstələrdə qoruyucu dərmanlar verildikdən sonra prosedur həyata keçirilir və xəstə prosedurdan sonra daha uzun müddət müşahidə altında saxlanılır. Anafilaktik şok kimi ciddi allergik hekayəsi olan xəstələrdə Allergiya şöbəsinə müraciət edilir və ehtiyat tədbirləri müzakirə edilir.
-Ətraflı müsahibəyə görə təşəkkür edirik.