Mətbəx üçün faydalı məsləhətlər
Boyat peçenyalar
Boyat çörək və peçenyaları soba üçün müəyyən edilmiş xüsusi kağıza bükün. Bu kağızın üzərinə su səpdikdən sonra sobaya yerləşdirin. 10-15 dəqiqə sonra onların təzə olduğunu görəcəkiniz.
Makaron sosu
Makaron üçün hazırladığınız ətli sousun daha ləzzətli olmasını istəyirsinizsə sosun içinə bir az bəyaz şərab əlavə edin.
Alma sirkəsi
Soyulmuş alma qabıqlarını atmayın. Bir bankaya yığın. Üzərini örtəcək qədər qaynadıb soyutduğunuz suyu əlavə edin. 2 xörək qaşığı toz şəkər qatın. Ağzını bağladıqdan sonra ilıq yerdə bir müddət saxlayın. Sirkə hazır olduqda süzün və istifadə edin. Bu sirkə mədənizə zərər verməyəcək.
Tort bişirərkən
Sobada tort və keks hazırlayarkən daha çox qabarmağını istəyirsinizsə sobaya bir qabın içində su qoyun.
Omleti sevənlər üçün
Yumurtanı qırıb çırpdıqdan sonra içinə digər ədviyyatlarla birlikdə yarım stəkan şərab əlavə edin. Şərab omletə xoş qoxu və ləzzət verir.