EventsSəyahətTəqdimat

Made in Japan

Əziz Yaponiya və bu ölkənin mədəniyyətini sevənlər, sizləri Avqust ayının 21-i saat 14:00-da yapon.az saytının təşkilatçılığı ilə keçiriləcək “Made in Japan” tədbirinə (Yaponiya mədəniyyəti gününə) dəvət edirik.

Mədəniyyət günü yapon rəqsi, yapon musiqilərinin ifası, səhnəcik,yapon döyüş sənəti,oyunlar/yarışlar, oriqami,suşi və digər maraqlı hissələrdən ibarət olacaq.

Diqqət : Siz, tədbirdən sonra Yaponiyadan gələn məhsulları münasib qiymət ilə əldə edə bilərsiniz.

Məqsədimiz Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və Yaponiya mədəniyyəti haqqında sizlərə daha çox məlumat çatdırmaqdır.

GİRİŞ: ödənişlidir!
Ödəniş : 4 AZN
Yerlər məhduddur (ilk 60 nəfər qəbul ediləcək).Tədbirdə iştirak etmək sadəcə ad, soyad və əlaqə vasitənizi yaponaz2014@gmail.com ünvanına göndərməyiniz kifayətdir. Təsdiq mailində sizə, kod göndəriləcək.Kod nəyə lazımdır ? Bu kod, qeydiyyatdan keçdiyiniz zaman şəxsiyyətinizi təsdiq etmək üçündür və şanslı olan üç iştirakçının kodu tədbirin sonunda bizdən Yaponiyadan gəlmiş məhsulla mükafatlanacaq.Ödənişi isə tədbirə gəldiyiniz zaman qeydiyyat şöbəsinə ödəyəcəksiniz.

Qeyd: Tədbirdə üzrlü səbəblərdən iştirak edə bilməyənlər, mütləq tədbir təşkilatçılarını bu barədə məlumatlandırsınlar.Qeydiyyatdan keçib, tədbirdə iştirak etməyənlər isə növbəti tədbirlərimizdə iştirak hüququndan məhrum olacaqlar.

Ünvan: Caspian Business, Nizami metrosunun yaxınlığı.5-ci mərtəbə İB club.

Qeyd: Tədbirə maraq həddən artıq çox olduğu üçün görüş yeri  Baku Coworking Center- də olacaqdır.

This slideshow requires JavaScript.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!