MAG verilişi 9-cu mövsümünə start verir

Sentyabrın 21-dən etibarən Müasir Azərbaycan Gənci (MAG) verilişi Abbasağa Əlizadənin aparıcılığı ilə 9-cu mövsümünə start verir.

Frame.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi olan, “MZ” Production tərəfindən hazırlanan MAG verilişi İctimai Televiziya (İTV) kanalında həftə içi hər gün saat 17:30-da yayımlanacaq.

Gəncliyin güzgüsü olan MAG-da istedadlı, bacarıqlı, kreativ gənclər qonaq olacaq, ekspertlərlə maraqlı mövzular  müzakirə olunacaq.

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Frame.az informasiya saytıdır.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: