Maqnussen Bakıda baş vermiş hadisəyə görə Qaslidən bir daha üzr istəyib
“Haas” komandasının pilotu Kevin Maqnussen Bakıda Formula 1 Azərbaycan Qran-Prisi yürüşündə Pyer Qasli ilə onun arasında baş vermiş hadisəyə görə Qaslidən bir daha üzr istəyib.
Fransız pilot bu barədə məlumat verərək vurğulayıb ki, danimarkalı həmkarı ilə münasibətlərində tam aydınlıq yaranıb.
Frame.az xəbər verir ki, Qasli deyib: “Həmin uik-enddən sonra Maqnussen mənə bir dəfə də xəbər göndərib yenidən üzr istəyib. Yürüşdən sonra mən çox məyus olmuşdum və ona qulaq asmırdım. Buna görə o yenidən üzr istəyib. İndi bizim münasibətlərimizə aydınlıq gətirilib. Biz əmin olmalıyıq ki, belə hadisə bir də təkrarlanmayacaq. O, həm mənim maşınımı, həm də öz maşınını zədələdi. Biz xal toplamaq imkanını itirdik və mən buna görə çox məyus oldum. Axı, mən bir və ya iki xal qazana bilərdim”.