FinansIqtisadiyyatSəyahətTəqdimat

“Mastercard” ən çox ziyarət olunan şəhərlərin siyahısını açıqlayıb

“Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”) adlı hesabatını dərc edib. Hesabata əsasən dünya üzrə gecələmə şərti ilə səyahət edənlərin sayı 2009-cu illə müqayisədə 2018-ci ildə 79% artıb. Ən çox turist axını isə Asiya-Sakit Okean regionunadır.

“Global Destination Cities Index” 200 şəhəri xarici turistlərin sayı və onların xərclədiyi vəsaitlərin məbləği üzrə sıralayır. Banqkok ardıcıl olaraq dördüncü ildir ki, turistlərin ən çox üz tutduğu şəhərlərin siyahısına liderlik edir. Belə ki, 2018-ci ildə Tailandın paytaxtını 22,78 milyon turist ziyarət edib. 2019-cu ildə bu göstəricinin 3,34% artacağı proqnozlaşdırılır. Paris və London müvafiq olaraq ikinci və üçüncü pillələri tutublar. Hər iki şəhəri ötən il 19 milyondan çox insan ziyarət edib. Ən çox ziyarət olunan şəhərlərin siyahısında bütün şəhərlər üzrə turistlərin artımı müşahidə olunur. Bununla yanaşı, London onların arasında turist sayının ildən-ilə azaldığı yeganə şəhərdir. Böyük Britaniya paytaxtına turzim axınında hər il orta hesabla 4% azalma qeydə alınıb.

Turistlərin ən çox pul xərclədiyi şəhərlər siyahısına isə Dubay liderlik edir. 2018-ci ildə bu şəhərdə gecələmə şərti ilə qalan turistlər 30,83 milyard dollar, yaxud hər biri orta hesabla 553 dollar xərcləyiblər. Səudiyyə Ərəbistanın Məkkə şəhəri 20,09 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Banqkok bu siyahıda üçüncü yerlə kifayətlənir – 20,03 milyard dollar.

GDCI 2019 hesabatına görə turist axını ən çox Asiya-Sakit Okean regionuna olub. Bu region üzrə artım 10 ildə 9.4%-ə bərabərdir. Avropaya turist axını 5.5% təşkil edir ki, bu da qitəni ən çox ziyarət olunanlar siyahısında ikinci edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!