Mobil dünyaTurizmTəqdimat

Mastercard Bakıda ilk “Texniki Müştəri Konfransını” uğurla başa vurdu

31 may 2024-cü il tarixində Mastercard, Yelo Bank və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Bakıda ilk “Texniki Müştəri Konfransı”nı (Customer Technical Conference) uğurla keçirdi. Tədbir şirkətin davamlı texnoloji innovasiyalar və mükəmməl müştəri xidmətləri təmin etmək öhdəliyində növbəti mühüm mərhələ kimi yadda qaldı. Yelo Bankın baş ofisində baş tutan konfrans ödəniş sənayesindəki ən son nailiyyətləri və gələcək tendensiyaları öyrənmək üçün emitentlər, ekvayerlər, prosessorlar və ödəniş şlüzü sistemlərini təmsil edən biznes, məhsul və texniki mütəxəssisləri bir araya gətirdi.

İştirakçılar Mastercard-ın sistem təkmilləşdirmələrinin və yeni həllərinin biznes və texniki təsirləri haqqında interaktiv müzakirələrdə iştirak etdilər. Əsas mövzular arasında Mastercard bülleten xəbərləri, 2024-cü ilin 4-cü rübü üçün Yeni məhsul elanları, “Mastercard Connect” yenilikləri və Sərhədlərarası xidmətlər yer aldı.

Tədbir iştirakçılara suallar vermək və Mastercard mütəxəssislərindən tövsiyələr almaq üçün unikal imkan yaratdı, bilik mübadiləsi və problemlərin həlli üçün əməkdaşlıq mühitini gücləndirdi.

“Texniki Müştəri Konfransınə keçirməkdə məqsədimiz tərəfdaşlarımızı əməliyyatlarının hazırlıq və uğur səviyyəsini artırmaq üçün ən son məlumat və alətlərlə gücləndirməkdir”, deyə Mastercard-ın sözçüsü Pınar Şençift bildirib. “Biz bu gün konfransda müşahidə olunan fəal iştirakdan və qiymətli müzakirələrdən məmnunuq. İlk konfransımızın Bakıda keçirilməsi bizim bu regiona sadiqliyimizi və onun texnoloji tərəqqi mərkəzi kimi potensialına inamımızı sübut edir”.

Mastercard-ın Bakıda keçirilən ilk “Texniki Müştəri Konfransı”nın uğurla başa çatması şirkətin innovasiyalara, müştəriləri xidmətlərinə və əməliyyat mükəmməlliyinə sadiqliyini nümayiş etdirir. Mastercard öz tərəfdaşlarına rəqəmsal ödənişlərin sürətlə dəyişən mənzərəsini idarə etmək üçün lazım olan resursları və dəstəyi təmin etmək öhdəliyinə hər zaman sadiqdir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!