IqtisadiyyatMobil dünyaSəyahətTurizmTəqdimat

“Mastercard” istirahət üçün ən populyar şəhərlərin adlarını açıqlayıb

Beynəlxalq turizm sürətlə inkişaf edir, o, iqtisadi artımı stimullaşdırır və insanlara ezamiyyət və ya istirahət zamanı üfüqlərini genişləndirməyə kömək edir. Beynəlxalq turizm tendensiyalarının araşdırmaları sahəsindətəqribən onillik təcrübəsinə əsaslanaraq “Mastercard” şirkəti istirahət və əyləncə kateqoriyalarında populyar şəhərləri əks etdirən “Global Destination Cities Index“illik reytinqinin nəticələrini açıqlayıb. Bu istiqamətlər biznes deyil, turizm məqsədilə səyahət edənlərin ən yüksək faizini göstərir.

Punta-Kana ən populyar şəhərlər siyahısında birinci yerdə qərarlaşıb ki, 2017-ci ildə bu şəhərə turistlərin 90%-dən çoxu ezamiyyət məqsədilə deyil, məzuniyyət keçirmək və ya ailələrinə baş çəkmək üçün səyahət ediblər. Siyahıyaeko-turistləri, diqqətə layiq tarixiyerlər və çimərlik istirahət həvəskarlarını və macəralar axtaranları cəlb edən daha az tanınmış istiqamətlər daxildir.

Siyahıda nadir mədəniyyətə malik olan şəhərləryer alıb. Sözügedən şəhərləri ümumi cəhət birləşdirir – onlar əyləncə və şənlik şəhərləridir:

Punta-Kana, Dominikan Respublikası (99,9%)

Kusko, Peru (98%)

Cerba,Tunis (97,7%)

Riviera-Maya, Meksika (97,5%)

Palma-de-Mayorka, İspaniya (97,2%)

Kankun, Meksika (96,8%)

Bali, İndoneziya (96,7%)

Panama, Panama (96,3%)

Orlando, ABŞ (94,1%)

Phuket, Tailand (93%)

“Mastercard” səfərlərin təşkilini sadələşdirərək, pul vasitələrinin yolda rahatlıq və asanlığını, həmçinin, kartın dünya üzrə milyonlarla yerdə qəbul olunmasında əminliyi təklif edərək, kartsahiblərinə səyahətzamanıəmin-amanlıqhissibəxş edir. Sərfəli təkliflər və üstünlüklər turistlərə səyahətin hər mərhələsində kömək edir. Daha ətraflı məlumatı mastercard.com saytında əldə etmək olar.

“Mastercard Global Destination Cities Index” araşdırmasının əlavə nəticələri cari il ərzində dərc olunacaq.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!