FinansTəqdimat

Mastercard və MyDutyFree Bakıda birgə kampaniyaya start verdilər

Qlobal ödəniş texnologiyaları şirkəti Mastercard və“Duty Free”-dən əvvəlcədən sifariş üçün qlobal tətbiq olan MyDutyFree, Heydər Əliyev Beynəlxalq Hava Limanında birgə yeni kampaniyayastart verib: bütün “Mastercard”/”Maestro” debet və kredit kart sahibləri “MyDutyFree” saytından əvvəlcədən sifariş etməklə 15% endirim əldə edə bilərlər.

Kampaniyadan yararlanmaq üçün “Mastercard”/”Maestro” debet və kredit kart sahibləri “MyDutyFree” saytı (www.mydutyfree.net) və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə məhsulları öncədən sifariş etməli və endirimin aktivləşdirilməsi üçün müvafiq xanada “MastercardBaku” promokodunu qeyd etməlidirlər. Sifarişi qeyd olunmuş kart sahibləri uçuş tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “Mastercard”/”Maestro” kartı ilə ödənişi həyata keçirməklə sifariş verdikləri məhsulları əldə edə bilərlər.

“Lüks anlayışı artıq çox irəliləyib vəhazırkı dövrdə vaxt ən qiymətli resurs hesab olunur. “Mastercard olaraq insanları qiymətsiz imkanlarla təmin etməyə çalışırıq. MyDutyFree ilə yeni tərəfdaşlığımız əsasında biz brendimizin bu mövqeyinə bir daha sadiq qalaraq insanlara uçuş məntəqəsində daha az vaxt keçirmək, əvəzində isə bu vaxtı onların dostları və ailələri ilə yaddaqalan şəkildə keçirmək üçün şərait yaratmış oluruq”, – deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib.
Qeyd edək ki, sifariş olunmuş məhsulların tam dəyəri kassada “Mastercard”/”Maestro” kartları ilə ödənilməlidir. Kampaniya bu ilin sonunadək(31 dekabr 2017-ci il tarixinədək) etibarlıdır.

*MyDutyFree hava limanının uçuş zonasında rüsumsuz alış-verişin endirimli qiymətlərlə həyata keçirilməsi üçün öncədən sifariş xidmətidir. Hal-hazırda xidmət Azərbaycan, Rusiya, Ukrayna və Belarusda aktivdir.

Ülviyyə Ədalətqızı

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!