FinansFrame LifeSosial

“Mastercard” və BMT-nin Ümumdünya Ərzaq Proqramı “100 milyon ərzaq bağlaması” təşəbbüsünə start veriblər

Global Citizen Festival 2017” musiqi festivalı zamanı qlobal ödəniş texnologiyaları şirkəti “Mastercard” və BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) aclıq və səfalətin kökünü kəsməyə yönəlmiş birgə səylərin davamı olaraq yeni təşəbbüs irəli sürüblər. Bunun üçün tərəfdaşlar “Mastercard”ın innovativ rəqəmsal texnologiyalarının işlənib hazırlanmasıtəcrübəsilə və ÜƏP-in ərzaq yardımlarının təşkili və sosial cəhətdən həssas qruplar üçün davamlı inkişaf proqramlarının həyata keçirilməsi təcrübəsini birləşdirməyi qərara alıblar. “100 milyon ərzaq bağlaması” qlobal təşəbbüsdür və məqsədi bütün dünyada ehtiyacı olan insanları ərzaqla təmin etmək üçün kifayət qədər vəsait toplamaqdır.

Nağd pul və aclığın mövcud olmadığı bir dünya qurmaq missiyasını reallaşdıran “Mastercard” ÜƏP-lə BMT-nin dörd “Davamlı inkişaf məqsədi“olanvə yoxsulluq və aclığın aradan qaldırılması, keyfiyyətli təhsil təminatı və gender bərabərliyini dəstəkləyən, yoxsulluq zəncirini qırmağa yönəlmiş ilk qlobal saziş imzalayıblar. Sazişinşərtləri çərçivəsində“Mastercard” və ÜƏP qarşılarına çox iddialı məqsəd qoyublar: növbəti 12 ay ərzində bütün dünyada maksimum sayda insanı ərzaq bağlamaları ilə təmin etmək.

“Yoxsulluq olmayan bir dünya qurmaq və səfalət zəncirini qırmaq üçün “Mastercard” və ÜƏP artıq bir sıra innovativ layihəhəyata keçiriblər. “100 milyon ərzaq bağlaması” təşəbbüsümüz ən çox ehtiyacı olanları və sosial cəhətdən müdafiə olunmayan insanları zəruri məhsullarla təmin edəcək. Biz “Mastercard”ın texnoloji ekspertizası və ödəniş məhsullarını yaratmaq təcrübəmiz ilə ÜƏP-in ərzaq yardımını çatdırılma xidmətini birləşdirməyi düşünürük. Bu innovasiyaları tətbiq etməyə və beləliklə də dünyanın istənilən yerində hər kəsin maliyyə xidmətlərindən istifadə etməsi üçün imkan yaradacaq. Bundan əvvəl həyata keçirdiyimiz birgə layihələr nəticəsində artıq 17 milyondan çox ərzaq bağlamaları insanlara çatdırılıb. Yeni saziş iddialı məqsədimizə nail olmaq üçün növbəti addımdır. Beləliklə, insanlar üçün daha çox imkanlar açılacaq və daha bərabər hüquqlu dünya yaranacaq”, – deyə “Mastercard” şirkətinin beynəlxalq bazarlar üzrə prezidenti Enn Kerns bildirib.

BMT-nin Ümumdünya ərzaq proqramının icraçı direktoru Devid Bizli qeyd edib ki, “Mastercard”la uzun illər aparılan əməkdaşlıq ÜƏP-ə öz iş prinsiplərini dəyişdirməyə kömək edib: daha çevik və effektiv yanaşma sayəsində təşkilat çoxlu sayda insanlara yardım edə bilib: «“Mastercard”ın aclığı aradan qaldırmağa yönəlmiş layihələri sosial rifahın yaradılmasında özəl sektorun rolunun vacibliyinin bariz nümunəsidir. “Mastercard”ın 100 milyon şagirdi naharla təmin etmək niyyəti –  aclığı aradan qaldırmağa yönəlmiş və ÜƏP-lə birgə həyata keçirilən uğurlu mübarizədə atılan növbəti addımdır. İnsanların xilası, onların həyatının yaxşılaşdırılması və uşaqların xəyallarının gerçəkləşməsinəödəniş sistemi tərəfindən edilmiş töhfəhəqiqətən də qiymətsizdir».

İnsanları 100 milyon ərzaq bağlamaları ilə təmin edən bu təşəbbüs ekspertiza mübadiləsi və xeyriyyə kampaniyalarının həyata keçirilməsi“Mastercard”la ÜƏP-in əməkdaşlığını genişləndirəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!