“Mastercard”ın tərkibinə daxil olan “Recorded Future” şirkəti “Vizyonun müfəssəlliyi və icra qabiliyyəti” sayəsində 2026-cı il Gartner® Magic Quadrant™ hesabatında kibertəhdidlərin analizi texnologiyaları üzrə lider seçilib
“Mastercard” şirkətinin tərkibinə daxil olan “Recorded Future” 2026-cı il Gartner® Magic Quadrant™ hesabatında kibertəhdidlərin analizi texnologiyaları üzrə lider seçilib.
“Gartner Magic Quadrant” tədarükçü şirkətləri vizyonun müfəssəlliyi və icra qabiliyyəti olmaqla, 2 meyar üzrə qiymətləndirir. “Recorded Future” şirkətinin bu sahədə lider kimi tanınması, təşkilatların kiberrisklərin idarə edilməsində daha proaktiv və analitika əsaslı yanaşmalara keçməsi fonunda kibertəhdidlərin analizi texnologiyalarının artan əhəmiyyətindən xəbər verir.
Biznes müəssisələri, hökumət qurumları və maliyyə institutları getdikcə daha mürəkkəb kiberrisklərlə üzləşdikcə, aktual və praktik analitik məlumatlara çıxış dayanıqlılığın təmin edilməsi baxımından ən zəruri faktora çevrilir. “Recorded Future” platforması təşkilatlara kibertəhdidləri daha yaxşı anlamağa, risk prioritetlərini müəyyən etməyə və öz təhlükəsizlik sistemi çərçivəsində insidentlərə daha effektiv cavab verməyə kömək edir.
“Recorded Future” 80 ölkədə 1900-dən çox şirkət və dövlət təşkilatına xidmət göstərir. Onun platforması 200 milyarddan çox ixtisaslaşmış kibertəhdid məlumatı qovşağını əhatə edən Intelligence Graph® vasitəsilə cinayətkarların, infrastrukturun və potensial hədəflərin monitorinqini təmin edir.
“Mastercard” üçün “Recorded Future” şirkətinin inteqrasiyası rəqəmsal iqtisadiyyatda daha yüksək etimadın qurulması strategiyasının bir hissəsidir. “Mastercard”ın ödənişlər, kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldançılığın qarşısının alınması sahəsindəki təcrübəsini “Recorded Future”in kibertəhdidlərin analizi sahəsindəki imkanları ilə birləşdirərək, şirkət müştərilərə daha əlaqəli və mükəmməl rəqəmsal ekosistem şəraitində müdafiəni gücləndirməyə kömək edir.
“Mastercard”ın tərkibinə qatıldıqdan sonra “Recorded Future” şirkəti öz portfelini rəqəmsal qarşılıqlı əlaqələri daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etmək üçün nəzərdə tutulmuş həllərlə genişləndirməyə davam edir.

