EventsMobil DünyaMüsabiqələrŞəkillərTəqdimat

“Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP), “EkoSfera” Sosial-Ekoloji Mərkəzi (“EkoSfera” SEM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) tərəfdaşlığı ilə keçiriləcək
Həvəskar və professional fotoqraflar arasında “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsinin Əsasnaməsi

1. Ümümi müddəalar
1.1. Həvəskar və professional fotoqraflar arasında “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
1.2. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ilk dəfə olaraq Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” gününü (International Day of Clean Air for blue skies) təsis edib və 2020-ci ildə bu əlamətdar gün ilk dəfə qeyd olunur. Nəzərdə tutulan müsabiqə 7 sentyabr – Beynəlxalq «Mavi Səma üçün Təmiz Hava» gününə həsr olunur.
1.3. Həvəskar və professional fotoqraflar arasında “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP), “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaşlığı ilə həyata keçiriləcəkdir.
1.4. Müsabiqəyə rəhbərlik Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.Təşkilat Komitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP), “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təyin edilmiş mütəxəssislər üzv seçilir. Təşkilat Komitəsi müsabiqənin Münsiflər heyətinin tərkibini müəyyən edir. Təşkilati işlər “EkoSfera” SEM tərəfindən həyata keçiriləcəkdir.
2. Müsabiqənin məqsəd və vəzifələri
2.1. Hava çirkliliyi həm iqtisadiyyat, həm də qida təhlükəsizliyi və ətraf mühit üçün təhlükə yaradır. Post pandemiya dövründə dünyanın bütün diqqətini hava çirklənməsi probleminə yönəltmək lazımdır. Çünki çirkli hava həm də COVİD – 19 ilə əlaqədar riskləri artırır.
Həvəskar və professional fotoqraflar arasında “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsinin məqsədi yaradıcı insanların köməyilə cəmiyyətin diqqətinin atmosfer çirklənməsi probleminin aktuallığına cəlb etmək, həmçinin təmiz texnologiyalara və alternativ enerji mənbələrinə keçidə cəlb edilməsi, Azərbaycan təbiətinə humanist rəftarın formalaşdırılması, ekoloji tərbiyə və mədəniyyətin aşılanmasıdır.
2.2. Müsabiqənin əsas vəzifələri:
• İctimaiyyətin ekoloji maarifləndirilməsinin təminatı (həyata keçirilməsi) və genişləndirilməsi;
• Həvəskar və professional fotoqrafların ətraf mühit məsələlərində iştirakının artırılması; hava çirklənməsiylə bağlı problemlərin daha dərindən ictimaiyyətə çatdırılması;
• Hava çirklənməsinin əhalinin sağlamlığına təsirinin ictimailəşdirilməsi;
• İctimai diqqətin iqlim dəyişmələri problemlərinə cəlb edilməsi;
• Hər kəsin təmiz havaya olan ehtiyacını qarşılamaq və ekoloji cəhətdən daha yaxşı bir gələcək naminə bilik və təşəbbüslərimizi artırmaq.
3. Müsabiqənin iştirakçıları 3.1. Həvəskar və professional fotoqraflar arasında “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsində 15 yaşdan yuxarı hər bir kəs iştirak edə bilər. 3.2. Foto müsabiqədə həm peşəkar, həm də həvəskar fotoqraflar iştirak edə bilər. 3.3. Foto müsabiqədə yalnız Azərbaycan vətəndaşları iştirak edə bilər. 3.4. Müsabiqədə yalnız fərdi qaydada iştirak mümkündür. 3.5. Müsabiqədə bir iştirakçının yalnız bir işlə (foto və ya foto-essay) iştirak hüququ var.
4. Müsabiqəyə təqdim olunan işlərin mövzuları
4.1. 7 sentyabr – Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” gününün şüarına əsaslanaraq fotoşəkillər əsasnamənin 2-ci bölməsində (Müsabiqənin məqsəd və vəzifələri) qeyd olunan mövzuları əhatə etməlidir. Müsabiqəyə təqdim edilmiş fotolar Azərbaycan ərazisində çəkilmiş təbiət mənzərələri fonunda çəkilməlidir. 5. Müsabiqənin keçirilməsi qaydaları 5.1. “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi mövzusunu tam əhatə etmək və ekoloji problemlərin təsvirini özündə əks etdirmək şərti ilə seçiləcəkdir. Müsabiqədə iştirak üçün fotoşəkillər ərizə forması ilə birgə qəbul edilir, müsabiqəyə uyğun qiymətləndirilir və münsiflər heyətinə təqdim edilir. 5.2. Müsabiqəyə təqdim olunan fotoşəkillərdən istifadə zamanı şəkildə əks olunan insanların (18 yaşa çatmamış azyaşlılar) şikayətinə təşkilatçılar tərəfindən məsuliyyət daşınılmır. 5.3. Müsabiqəyə təqdim olunan şəkillər sentyabr 2018-ci ildən cari vaxtdadək (2 il müddətinə) çəkilmiş fotolar olmalıdır. 5.4. Müsabiqəyə tək və ya seriya (5-10 şəkildən ibarət foto hekayə, photo essay) fotolar göndərilə bilər. 5.5. Müsabiqəyə təqdim olunan işlər gələcəkdə ekoloji təbliğat məqsədilə müəllifin adının göstərilməsi şərti ilə təmənnasız istifadə oluna bilər. 5.6. Müsabiqənin keçirilmə müddəti: 07 sentyabr – 30 sentyabr 2020-ci il tarixinədək.
5.7. Müsabiqəyə təqdim olunan şəkillər müəllif tərəfindən şəxsən lentə alınmalı (çəkilməli) orijinal olmalıdır. 5.8. Fotoşəkilin plagiat olduğu müəyyən olunduğu andan etibarən iştirakçı müsabiqədən kənarlaşdırılacaq. 5.9. Çəkiliş yeri coğrafi cəhətdən yalnız Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşır. 5.10. “Mavi Səma üçün Təmiz Hava” fotoşəkil müsabiqəsi haqqında ətraflı məlumat təşkilatçı qurumların sosial şəbəkə səhifələrində paylaşılacaq. 6. İştirakçı qeydiyyatı 6.1. Müraciət: Müsabiqədə iştirak etmək üçün iştirakçılar Ərizə formasını doldurub və təqdim olunacaq işlə birgə göndərilməlidir (bax Əlavə 1). Müraciətin sürəti fotoekosfera@gmail.com elektron ünvanına göndərilməlidir.
7. Müsabiqənin münsiflər heyəti 7.1. Müsabiqənin Təşkilat Komitəsi tərəfindən professional fotoqraflar olmaqla 5 nəfərdən ibarət münsiflər heyəti seçilir, qiymətləndirmə aparılır. 7.2. Münsiflər heyətinin üzvlərinin siyahısı müsabiqə müddətində ictimaiyyətə açıqlanmır. 7.3. Müsabiqədə iştirak müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir. 7.4. Münsiflər iştirakçıların hər bir kateqoriyada 0-3 ballıq qiymətləndirmə sisteminə uyğun rəqabət qabiliyyətlərini qiymətləndirirlər. Müsabiqənin nəticələri müsabiqənin sonunda yekunlaşdırılır. 7.5. Münsiflər heyətinin qərarı müzakirə olunmur. 7.6. BMT İP, ETSN, “EkoSfera” SEM, AFB nümayəndələrindən ibarət səsvermə hüququ olmayan, müstəqil müşahidəçi komandası yaradılaraq qiymətləndirməyə nəzarət edilir. 8. Texniki tələblər Foto şəkilin adı bölməsində müəllifin adı qeyd olunmalıdır (məsələn, Məmmədov Məmməd 1.jpeg). Müsabiqəyə təqdim olunan işlər çərçivəsiz, üst yazıları olmadan, kollaj və dizayn manipulyasiyalarından istifadə olunmadan qəbul olunur (istisna: işıq və kontrastın tənzimlənməsi). Müsabiqə üçün göndərilən fotolar aşağıda qeyd olunan parametrlərə malik olan telefon və ya kamera vasitəsilə çəkilə bilər. 8.1. Peşəkarlar üçün nəzərdə tutulan texniki tələblər: Format JPEG, JPG; Rezolusiya 200-300 dpi; Şəkilin uzun tərəfi minimum 2000 pikseldən az olmamalıdır. 8.2. Həvəskarlar üçün nəzərdə tutulan texniki tələblər: Foto şəkillər aydın və keyfiyyətli olmalıdır.
9. Qiymətləndirmə şərtləri Qiymətləndirmə iki nominasiya üzrə ( i) peşəkar və ii) həvəskar) aparılacaq. 9.1. Qiymətləndirmə aşağıda göstərilən kriteriyalara uyğun olaraq aparılacaqdır: • Mövzuya uyğunluğu, aktuallığı və verdiyi mesaj (maksimum 3 bal); • Fotonun texniki və kompozisiya baxımından tərtibi (maksimum 3 bal); • Yaradıcı iş, kreativlik (maksimum 3 bal); • Qeyri-adi bucaq (maksimum 3 bal). 9.2. Münsiflər iştirakçıların rəqabət qabiliyyətini hər bir kriteriya üzrə 0-3 ballıq sistemə uyğun qiymətləndirəcəkdir. (0 bal – kriteriyaya cavab vermir ,1 bal – cuzi, 2 bal – natamam, 3 bal – tam cavab verir). 9.3. Müsabiqədə təffəkürü və kreatvliyi əks etdirən qeyri-adi baxışı olan işlərə qiymətləndirmə zamanı üstünlük veriləcəkdir. 9.4. Qiymətləndirmənin yekununda iki iştirakçı eyni bal topladığı zaman münsiflər heyətinin qeyd olunan kriteriyalara daha çox uyğun gələn iştirakçıya əlavə 1 bal vermək hüququ vardır. 10. Mükafatlandırma 10.1. Müsabiqənin nəticələri münsiflər heyətinin qiymətləndirilməsi və təşkilat komitəsinin şəffaflığa tam nəzarəti altında müəyyən olunacaqdır. Qalib iştirakçılar təşkilatçılar tərəfindən diplom, pul mükafatları və hədiyyələrlə mükafatlandırılacaqdır. 10.2. Təşkilat Komitəsi müsabiqə müddətində ümumi mükafatlandırma qaydalarına müvafiq dəyişiklik edib, sosial şəbəkələr üzərindən rəsmi məlumat verə bilər. 10.3. Müsabiqədə peşəkar nominasiya üzrə reytinq cədvəlində daha yüksək bal toplayan I, II, III yerlər təşkilatçılar tərəfindən diplom və pul mükafatları ilə (I yer – 500 AZN, II yer – 300 AZN, III – 200 AZN), həvəskar nominasiyası üzrə isə reytinq cədvəlində daha yüksək bal toplayan I, II, III yerlər diplom və həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqdır. Müsabiqədə nəticə etibarilə 6 qalib olacaqdır. Bütün iştirakçılara sertifikat təqdim olunacaqdır. Müsabiqə ilə bağlı suallarınızı yazılı şəkildə aşağıda qeyd olunan əlaqə nömrəsi və ya mail ünvanına yaza bilərsiniz:
Email: fotoekosfera@gmail.com
Telefon (WhatsApp): +994 55 582 40 09;
ƏLAVƏ 1
Həvəskar və professional fotoqraflar arasında
“Mavi Səma üçün Təmiz Hava”
fotoşəkil müsabiqəsi
Bakı, Azərbaycan
sentyabr 2020
Ərizə
İştirak etmək üçün aşağıdakı formanı doldurun.
Əsas məlumat:
Şəhər\ Rayon:
Əlaqə ünvanı:
Telefon:
E-mail:
Ad, soyad:
Doğum tarixi:
Nominasiya (həvəskar/peşəkar):
Foto (və ya foto-essay) ilə bağlı qısa təsvir:
Tarix:
İmza:

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!