Mayın 25-dən 27-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 25-i gündüzdən mayın 27-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-18 metr/saniyə olacağı, arabir saniyədə 20-23 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən Frame.az-a bildiriblər ki, mayın 25-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq mayın 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.