EventsPR-TanıtımTəqdimat

“Meçta xozyayki” brendi Bakı və Sumqayıt sakinlərini “Uğurlu Ev” aksiyası ilə sevindirdi

15 noyabr -31 dekabr tarixlərində Advert/MEC Azerbaijan reklam agentliyi Meçta xozyayki brendi üçün Bakı və Sumqayıt şəhərləri üzrə “Uğurlu Ev” aksiyasını uğurla həyata keçirmişdir. Aksiya müddətində adı çəkilən şəhərlərdə təsadüfi seçilən mənzillərə baş çəkilərək, mənzilində Meçta xozyayki mayonezi olan ev sahiblərinə hədiyyələr paylanılmışdır.

“Uğurlu Ev”-in aparıcısı Reyhan Cəfər-İsayeva və çəkiliş heyətinə təəccüb və maraqla açılan qapıları, çox halda sevinclə bağlanırdı, belə ki, bu aksiya ərzində Meçta xozyayki mayonezlərinin həqiqətən əhali tərəfindən çox bəyənildiyi və sevildiyi müəyyən olunmuşdur.

“Uğurlu Ev” aksiyası Bakının 12 inzibati rayonu və Sumqayıtın 6 mikrorayonu üzrə keçirilərək, yeni il qabağı həm insanları sevindirib, həm də əhalinin bu brendə olan münasibətini öyrənmiş oldu. Bütün qaliblər müsahibə zamanı Meçta xozyayki brendindən razılıqlarını bildirərək, yalnız bu mayonezdən istifadə etdiklərini söyləmişlər. Aksiyanın qalib və iştirakçılarının brendin məhsulları haqda rəylərini “Uğurlu ev” Fb səhifəsində yerləşdirilən TV reportajlardan izləyə bilərsiniz.

Zəmanətli, dadlı nəticə – brendin sloqanı olaraq iştirakçılar tərəfindən də bir daha təsidlənmişdir. Belə ki, istifadəçilərin rəylərinə əsasən bu mayonez sayəsində adi yeməklərə belə xüsusi dad qatılır. O, nəinki şorba və salatların, həmçinin, isti yeməklərin hazırlanması üçün ideal sayılır.

Bu işdə əməyi keçən hər kəsi layihənin bu qədər uğurla həyata keçməsi münasibətilə təbrik edir və gələcəkdə bu kimi uğurlu və insanlara sevinc bəxş edən layihələrin bol olmasını arzu edirik…

Xəzər Xəbər -də yayımlanan 12 reportajı fb səhifəsində izləyə bilərsiniz. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!