Təqdimat

MEDİA MONİTORINQİN NƏTİCƏLƏRİNƏ DAİR AYLIQ HESABAT

Media Consulting and Services  01-28 Fevral 2018-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin artması müşahidə edilib.

Qeyd edək ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:

1. Banklar – 25280

Universitetlər –  14445

Mobil Rabitə –  2549

Sığorta şirkətləri – 1378

Otellər – 883

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

Banklar: 25280  ədəd ad hallanan yazı

ABB -1616

Kapital Bank – 1375

Unibank – 819

Bankların media aktivliyi fevral ayında yanvar ayı ilə müqayisədə  aktiv olub. Belə ki, ötən ay  22861 bank adı hallanan yazı müşahidə edilmişdi.

Universitetlər: 14445   ədəd ad hallanan yazı

BDU – 1367

UNEC – 1251

BANM- 1153

Bütün sektorlarda olduğu kimi, Universitetlər mövzusunda da cari hesabat dövründə əvvəlki ayla müqayisədə  dərc olunan məlumatlar çox olub. Belə ki, ötən ay bu mövzuda dərc olunan məlumatların ümumi sayı 12148  ədəd təşkil etmişdi. Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

Mobil Rabitə:  2549  ədəd ad hallanan yazı

Azercell – 1112

Bakcell – 571

Nar Mobile – 866

Cari hesabat ayında mobil rabitə şirkətlərinin  media aktivliyi yanvar ayı ilə müqayisədə  təxminən 2 dəfə çox  olub.  Belə ki, ötən ay mobil rabitə şirkətlərinin adı çəkilən 1472  yazı monitorinqin əhatəsinə düşmüşdü.

Sığorta şirkətləri: 1378 ədəd ad hallanan yazı

Paşa Sığorta -162

Atəshgah -156

AXA-Mbask – 102

Fevral ayında sığorta sektorunda da aktivlik müşahidə edilib. Cari hesabat ayında sığorta şirkətlərinin  media aktivliyi yanvar ayı ilə müqayisədə  daha çox olub.  Belə ki, ötən ay sığorta şirkətlərinin adı çəkilən 1154   yazı monitorinqin əhatəsinə düşmüşdü.

Otellər: 883 ədəd ad hallanan yazı

Hilton Baku – 230

JW Matriott -Absheron – 150

Excelsior – 96

Fevral ayında mobil rabitə sektorunda müşahidə edilən tendensiyanın oxşarı  sığorta  sektorunda da baş verib. Cari hesabat ayında sığorta şirkətlərinin  media aktivliyi yanvar ayı ilə müqayisədə  təxminən 2 dəfə çox  olub.  Belə ki, ötən ay mobil rabitə şirkətlərinin adı çəkilən cəmi 474  yazı monitorinqin əhatəsinə düşmüşdü. Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq.

2017-ci ilin yanvar ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Paşa sığorta,   otel və biznes mərkəzləri arasında  Hilton Baku  haqqında daha çox ad hallanması olub.

Qeyd edək ki, nəticələr  facebook səhifəmizdə  də yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  office@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!