“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlar davam edir
Medianın İnkişafı Agentliyinin (MEDİA) “ADA” Universiteti ilə birgə təşkil etdiyi “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlar davam edir.
ADA Universitetindən bildiriblər ki, bu ali təhsil ocağının İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirlər.
Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.