Mobil dünyaTəqdimat

“Microsoft” startaplar üçün yeni proqram istifadəyə verib

“Microsoft” Korporasiyası–startaplara müştəri bazasını genişləndirməyə, satışları qaydaya salmağa, onlarla birlikdə böyüyən etibarlı platforma üzərində inkişaf etməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa kömək edən gənc innovasiya şirkətləri üçün  biznesə, texnologiyalara və imkanlara yol açan yeni “Microsoft for Startups” proqramını istifadəyə verib. Startaplara müştərək satış opsiyaları, həmçinin “Microsoft”un texnologiyalarından yararlanmaq və yerli ekosistemlərlə əməkdaşlıq qurmaq üçün yeni platformalar təklif etmək məqsədilə, şirkət növbəti iki il ərzində 500 mln ABŞ dolları investisiya yatırmağı öhdəsinə götürmüşdür. Şübhəsiz ki, startaplar innovasiyaların təkanverici qüvvəsidir və onların təsisçiləri və investorları ilə əməkdaşlıq edərək “Microsoft” onların inkişafını sürətləndiməyə köməklik göstərir.

Yeni proqram startaplara aşağıdakı məsələlərdə yardım etmək məqsədilə işlənib hazırlanmışdır:

Yeni müştərilər cəlb etmək, yeni sahələrdə və yeni bazarlarda satışları qaydaya salmaq. “Microsoft for Startups” – startaplar və onların  potensial müştərilərinin bir-birlərini tapa bilmələri üçün unikal yanaşmadan istifadə edir. “Microsoft” Korporasiyasının dünya üzrə 30 000-dən  artıq ticarət nümayəndəsi və 800 000 tərəfdaşı  ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq müxtəlif şirkətlərdə “Microsoft”un bulud həllərini tətbiq edir. Proqram iri korporasiyaların standartlarına uyğun olan marketinq və satış şöbələrinin hazırlığı üçün resurslar təklif edir, daha sonra isə onlara “Microsoft”la əməkdaşlıq edərək satışları qaydaya salmaqda yardım göstərir.

Etibarlı texnologiyalardan, dəstəkdən və istehsalçıların alətlərindən yararlanaraq innovasiyaları sürətlə tətbiq etmək. Proqram startaplara 120 min dollar dəyərində “Azure” resurslarının pulsuz kreditlərini, korporativ səviyyədə texniki dəstək və “Fortune 500” siyahısında yer alan 90% şirkətlərin etibar etdiyi bulud üzərində qurulmuş innovasiya həllərinin yaradılmasına dair istehsalçılar üçün alətlər təklif edir.

 Lazımi vaxtda lazımlı resurslara yol tapmaq. “Microsoft for Startups” bütün dünya üzrə ekosistemlərin hər bir mərhələsində startaplara yardım edir:

Microsoft Reactors”– sahibkarların, istehsalçıların, investorların və biznes-cəmiyyətinin bir yerə toplaşaraq,ünsiyyət qurmaq, öyrənmək və biliklərini parlaşmaq üçün fiziki meydançalardır.Yaxın aylarda London, Sidney, Tel-Əviv, Berlin, Şanxay və Pekində yeni “Microsoft Reactor” meydançaları açılacaqdır. Hazırda bu cür meydançalar Redmond, Sietl, San-Fransisko və Nyu-Yorkda fəaliyyət göstərir.

Microsoft ScaleUp” proqramı (əvvəllər “Microsoft Accelerators” kimi tanınan) startaplara “A” raundunun maliyyələşdirilmə mərhələsində və növbəti inkişaf mərhələlərində bazarın tələbatına cavab verən məhsullar yaratmağa, həmçinin “Azure” və “Microsoft Dynamics”in xidmətlərindən istifadə edərək öz infrastrukturlarını təkmilləşdirməyə və bizneslərini inkişaf etdirməyə imkan yaradır.

Strateji vençur investisiyaları üzrə ixtisaslaşmış,missiyası -“A” və “D” raundları arasında sərmayə yatırmaqla startapın ilkin inkişaf mərhələsində fəal tərəfdaş olmaqdan ibarət olan “Microsoft” komandası “Microsoft Ventures” ilə əlaqələrin yaradılması. .

Startaplar –imkanlar üfüqünü genişləndirərək, həm biznesdə, həm də evdə gündəlik həyatımızı daha da yaxşılaşdıran və rahatlıq gətirən   həllər yaradaraq  bizi ilhamlandırır. “Microsoft” şirkəti – planetimizin hər bir insanı və hər bir təşkilatının daha yüksək nailiyyətlər əldə etməsi naminəstartaplarla əməkdaşlıq etməkdən məmnundur.

Ətraflı: https://startups.microsoft.com.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!