“Microsoft”Bakıda developerlər üçün “Azure” seminarı təşkil edib
“Microsoft Azerbaijan” şirkəti ADA Universitetinin dəstəyi ilə Bakıda “AzureDevelopersCamp” ikigünlük seminar təşkil edib.
ADA Universitetində keçirilən seminar proqramçılar, həllər işləyib hazırlayan developerlər və proqram təminatı üzrə müstəqil təchizatçılar üçün nəzərdə tutulub.
İkigünlük seminar çərçivəsində “Microsoft” şirkətinin bulud həlləri, “bulud”un işlənib hazırlanması, “Azure” platformasında inkişaf mühiti və müvafiq platformaya şəxsi həllin miqrasiyası məsələləri müzakirə olunub. Tədbirdə, həmçinin şirkətin alətləri və mühiti haqqında ümumi məlumatlara, “Microsoft Azure” vasitəsilə data mərkəzlərinin imkanlarının genişləndirilməsi metodları və “Azure Resource Manager” infrastrukturuna toxunulub.
Seminarın spikeri qismində “vNextSoft” şirkətinin baş meneceri Stanislav Vışipan çıxış edib ki, o, tədbir iştirakçlarına müasir bulud həlləri, “DevOps”, “API Identity” interfeysi, “Office 365” və digər icmalları təqdim edib.
Qeyd edək ki, “Microsoft Azure” –daim inkişaf edən və inteqrasiya olunan bulud xidmətləri kolleksiyasıdır. Developerlər və İT-mütəxəssislər tətbiqlər hazırlayıb və onları genişləndirərkən, həmçinin “Microsoft”un məlumatların emalı mərkəzlərinin ümumdünya şəbəkəsi üzrə tətbiqləri idarə edərkən sözügedən platformadan yararlanırlar. “Azure” vasitəsilə lazımi alətlərdən, tətbiqlərdən və platformalardan istifadə edərək istənilən məkanda həllər yaradıb, onları genişləndirmək mümkündür. Frame.az