Baku 2017Baku City CircuitIdman

Mik Şumaxer testləri “Ferrari” sükanı arxasında keçirəcək

Aprelin 2-də Bəhreyndə keçiriləcək testlərin birinci günündə Mik Şumaxer ilk dəfə olaraq “Ferrari SF90” bolidinin sükanı arxasında oturacaq. Bu il Formula 2-də “Prema” komandasının şərəfini qoruyacaq almaniyalı yürüşçü, “Ferrari” Yürüş Akademiyasının dinləyicisi, həmçinin “Alfa Romeo”nun da sükanı arxasında testlərdə iştirak edəcək.

Frame.az xəbər verir ki, testlərin ikinci günü Mik Şumaxeri sükan arxasında Sebastyan Fettel əvəzləyəcək.

Komandanın rəhbəri Mattia Binotto deyib: “Biz “Ferrari” Yürüş Akademiyasının istedadlı gənc yürüşçülərin hazırlanmasına istiqamətlənən yüksək səviyyəli proqram olmasına əminik. Şarl Leklerlə müqavilənin bağlanması qərarı bunu sübut edir. Buna görə də biz Mik və Kalluma Formula 1 bolidinin sükanı arxasında oturmaq şansı verməyimizə çox şadıq.

Mik “Ferrari” Yürüş Akademiyasına yanvar ayında qoşulub, Kallum isə bizimlə 2017-ci ildən çalışır. Hər iki yürüşçünün karyerası yüksələn xətlə inkişaf edir. Hesab edirəm ki, Bəhreyndə və Barselonada keçiriləcək Formula 1 rəsmi testlərində “SF90” sükanı arxasında iştirak onlar üçün çox gözəl təcrübə olacaqdır”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!