“Milli İncəsənətə Müasir Baxış” adlı layihəsinin final mərhələsi keçirilib
Sabunçu rayon Gənclər evində ictimai fəal Nurlana Məmmədova Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsində qalib olmuş “Milli İncəsənətə Müasir Baxış” adlı layihəsinin final mərhələsi keçirilib.
Layihənin əsas məqsədi Azərbaycanda müasir dövrdə incəsənətin rəssamlıq sfеrаsındа milli mоtivlərə хüsusi yеrin vеrilməsinə dəstək olmaq, çəkdikləri rəsm əsərlərində milli motivlərdən aktiv istifadəsinə təkan vermək, müasirliklə tarixi motivlərini özündə birləşdirən yeni əsərlərin köməyi ilə insanlar arasında ictimai baxışın artmasına töhfə verməkdir.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Nurlana Məmmədova gənclərin bu sahəyə olan marağını qeyd edərək, incəsənətin rəssamlıq sahəsində milli üslubdan və zəngin ornamentlərdən daha geniş istifadəsi, onun Azərbaycan sənətinin təsviri sənət kimi olmasının vacibliyini vurğuladı.
2 gün davam edən “Milli İncəsənətə Müasir Baxış” adlı rəsm sərgisində Nurlana Məmmədovanın kətan üzərində yağlı boya və akvarel ilə çəkdiyi 30 milli üslubda rəsm əsərlərləri burada iştirak edən insanlara nümayiş edilmişdi.
Daha sonra layihə rəhbəri çıxış edərək, belə layihələrin uşaq və gənclərin fərdi inkişafına töhfə verdiyini qeyd etdi.
Layihə iki gün davam edın sərgi şəklində həyata keçirildi və sərgidə nümayiş olunan milli üslublu rəsimlər haqqında qonaqlara ətraflı məlumat verildi.
Frame.az