Milli ordumuzun yaranmasının 100 illiyi münasibətilə tamaşa oynanılacaq
25 iyun 2018 – ci il tarixindəAzərbaycan Teatr Xadimləri İttifaqının“Mustafa Mərdanov” səhnəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə“Gənclərdə milli ruhun təbliği məqsədi ilə teatr tamaşasının hazırlanması” layihəsi çərçivəsində yaradıcı və istedadlı gənc tələbə aktyor və rejissorların iştirakı ilə vətənpərvərlik mövzusundateatr tamaşa oynanılacaq.
Ümumilikdə layihənin keçirilməsində məqsəd milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaq, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanlarımızın tanıdılması, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidlikləri haqqında tam ətraflı məlumat verməkdən ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində hazırlanan “Yarımçıq qalmış” adlı tamaşa Milli ordumuzun yaranmasının 100 illiyinə həsr olunur.
Frame.az